Deputat: Azərbaycanın daxili işlərinə qarışmaq Paşinyanın sonunun başlanğıcı ola bilər | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Azərbaycanın daxili işlərinə qarışmaq Paşinyanın sonunun başlanğıcı ola bilər

16:40 - 17 / 09 / 2018
Deputat: Azərbaycanın daxili işlərinə qarışmaq Paşinyanın sonunun başlanğıcı ola bilər

Ermənistanın baş naziri Nikol Paşinyanın son sayıqlamaları əqlini itirmiş bir adamın davranışını ortaya qoyur. 

Bunu 1news.az-a  millət vəkili, politoloq Elman Nəsirov Paşinyanın son bəyanatını şərh edərkən deyib.

O bildirib ki, Paşinyan o qədər məsuliyyətsiz, ziddiyyətli və bəsit yanaşmalar ortaya qoyur ki, doğurdan da polotoloji şərh verməyə lüzum görmürsən:

“Amma buna baxmayaraq bu məsələlərə müəyyən aydınlıq gətirməyə ehtiyac var. Son bir neçə gün ərzində o, iki ardıcıl məsuliyyətsiz, nonses adlandıra biləcəyimiz bəyanat verib. Biri bu günlərdə guya erməni silahlı qüvvələrinin Azərbaycanın üç əsgərini qətlə yetirməsi barədə açıqlamasıdır ki, Azərbaycanın Müdafiə Nazirliyi bunu təkzib etdi. Nazirlik bəyan etdi ki, bu açıqlama tamamilə yalandır. Belə görünür ki,  Ermənistanın hərbi rəhbərliyi hətta Paşiyanı aldadır. Paşinyan özü də bilir ki, onu aldadıırlar,  amma bu, yalanlar onun özünə lazımdır. Çünki daxili auditoriya üçün bu yalanlardan istifadə etməkdə maraqlıdıdır.

 Bu gün onun növbəti cəfəng bəyanatının  şahidi olduq. Bu bəyanat Azərbaycan Prezidenti İlham Əliyevin oğlunun hərbi xidməti ilə bağlıdır. Sözün həqiqi mənasında Paşinyan Azərbycan və Türkiyə  prezidentərinin Bakının  bolşevik-daşnak işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilmiş paradın təsiri altındadır. Və o, çox əsəbi haldadır, çox böyük təşviş keçirir. Söhbət dünyanın hərbi baxımdan ən güclü ordularından brinə sahib olan Türkiyədən gedir. O Türkiyə ki, “Böyük iyirmilik” (G20) üzvüdür, iqtisadi gücünə görə 50 Avropa ölkəsi arasında 7-ci yerdədir. Bax, Azərbaycan hərbi qüvvələrinin dost, qardaş ölkə olan Türkiyə hərbi qüvvələri ilə  yanaşı dayanması Paşinyanı vahiməyə salıb, ağlını itirib və hərbi məsələlərlə bağlı növbəti sayıqlamlara imza atıb.

Öz oğlunun Dağlıq Qarabağda xidmət etməsindən bəhs edib. Əvvəla, orada separatçı qurum mövcuddur və Qarabağı heç bir dünya dövləti, eyni zamanda Ermənistanın özü də tanımayıb.

Ermənistanın baş naziri öz oğlunu dünyanın tanımadığı separatçı rejimdə hərbi xidmətə göndərirsə, bu, beynəlxalq hüquqa həqarətlə yanaşma, ona hörmətsizlik və beynəlxalq hüququn prinsiplərinin tapdanmasıdır”.

Politoloq deyib ki, Paşinyan  Azərbaycan Prezidentinin oğlunun hərbi xidməti ilə bağlı yanlış ifadələr işlədir:

“ Əvvəla, Azərbaycan prezidentinin oğlu Heydər Əliyev ali təhsilini yüksək səviyyədə başa vurduqdan sonra Azərbaycan vətəndaşı olaraq mövcud qanunvericiliyə uyğun hərbi xidmətə çağrılıb. Yeri gəlmişkən, Azərbaycanın ən döyüş qabiliyyətinə malik olan hərbi hissələrindən birində xidmət edəcək. Bu, o deməkdir ki, istənilən anda həmin çox yüksək səviyyəli döyüş qabliyyətinə malik hərbi hissənin əsgəri olaraq döyüş bölgəsində də ola bilər, hərbi əməliyyatlarda da iştirak edə bilər. Bu, bir aksiomadır. Paşinyanın qeyd edilən məsələyə yanaşması, rəngləri tündləşdirməsi onun sadəcə olaraq öz hakimiyyətini qoruması üçün kütləyə ünvanlanmış bəyanatdır. Çünki çox gözəl dərk edir ki, inqilabdan sonrakı eyforiya dövrü başa çatıb, hətta ölkənin ikinci prezidenti Robert Koçaryan faktiki ona müharibə elan edib. Paşinyanın ona etdiklərinə görə peşiman olacağını deyib. Onun koalisyasındakı Daşnakstyun partiyası və Tsarukyan bolku hər an Paşinyanı tərk edə bilərlər.

Qarşıdan payız-qış mövsümü gəlir, əhali üçün də ehtiyac fəlakətli səviyyə çatıb. Yəni kütlə ondan imtina edə bilər və bunun fərqindədir. Həmçinin, Paşinyanın bu bəyanatlardından sonra əhali arasında da etimad azalmaqdadır”.

E.Nəsirov hesab edir ki, Paşinyan bütün bu addımları ilə Azərbaycanın daxili işlərinə qarışmış olur:

“Deməli, unutmamalıdır ki, Azərbaycanın daxili işlərinə qarışmaq onun sonunun başlanğıcı ola bilər. Çünki Sarkisyan da eyni yolu tutmuşdu. Paşinyana elə gəlir ki, Sarkisyan yalnız onun gücü hesabına hakimiyyətdən gedib. Əslində Paşinyan üçün münbit şəraiti Azərbaycan təmin etmiş oldu. Azərbaycan Ermənistana qarşı davamlı iqtisadi sanksiyalar tətbiq etdi, blokada siyasətini davam etdirdi. Ermənistan dövlətinin iflası artıq real məzmun almışdı. Bu halda Paşinyan öz niyyətinə çata bildi. Bu, Paşinyana dərs olmalıdır. Azərbaycan Ermənistanın daxili işlərinə qarışsa, bu halda Paşinyanın hakimiyyətdən getməsi 100 faizlik məsələ olacaq. Sadəcə biz bu gün bunu etmirik, çünki onun hakimiyyətdə qalması indi bizə sərf edir. Onun vaxtında onsuz da zəif olan bu cırtdan dövlət bir qədər də zəifləyib, imkanları tükənib, buna görə də hələ ki, Azərbaycan gözləmə möqeyindədir. Amma Paşinyan ondan dərs almaldıır ki, Azərbaycan istənilən vaxt elə şərait təmin edə bilər ki, Sarkisyanla eyni taleyi yaşamış olar”.

1news.az

 

 

Paylaş:
555

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər