Deputat: Azərbaycanın Birinci vitse-prezidentinin Fransaya səfəri münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Azərbaycanın Birinci vitse-prezidentinin Fransaya səfəri münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir

16:45 - 13 / 03 / 2019
Deputat: Azərbaycanın Birinci vitse-prezidentinin Fransaya səfəri münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində keçirdiyi görüşlər, xüsusilə də Baş nazir Eduard Filip ilə görüşü iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Fransa ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə çox yaxşı əlaqələr mövcuddur, ancaq bununla belə, əməkdaşlıq üçün böyük potensial və daha fərqli sahələr də mövcuddur. Nəzərə almaq lazımdır ki, Fransa Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan qrupa daxil olan ölkələrdən biri və üstəlik ATƏT-in Minsk qrupunun həm üzvü, həm də həmsədrlərindən biridir. Ona görə də belə mühüm ölkə ilə münasibətlərin yüksək səviyyədə olması daim Azərbaycanın diqqət mərkəzindədir. Elə Fransa üçün də Azərbaycan ciddi və etibarlı tərəfdaşdır.

1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu söyləyib.

Deputat qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində Fransanın 59 şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti bu ölkənin milli maraqlarını ifadə edəcək qədər böyükdür. Fransanın Baş naziri ilə görüşdə dəmir yolu, kommunikasiyalar və bank sektoru ilə bağlı imzalanan sənədlər də ondan xəbər verir ki, hər iki dövlətin maraqları əməkdaşlığın daha da dərinləşməsini tələb edir və tərəflər buna hazırdır. Heç şübhəsiz, Fransa yuxarıda qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi üzərinə ciddi öhdəlik götürüb və biz digər həmsədr ölkələrlə bərabər bu Avropa ölkəsindən də real addımlar atmasını gözləyirik. Məhz bu gözləntiləri ifadə edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirdi ki, hazırkı status-kvo qəbuledilməzdir.

H.Babaoğlu əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin tənzimlənməsi ilə bağlı 4 qətnaməsi var. Münaqişə bu qətnamələr əsasında, beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun müqabilində Baş nazir Eduard Filip Fransanın sülh danışıqlarına sadiq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində çox da sadə olmayan bir mərhələdə Fransa Baş nazirinin belə mövqe bildirməsi, əslində, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında səsləndirilən “Helsinki Yekun Aktında göstərilən milli müqəddəratı təyinetmə dövlətlərin ərazi bütövlüyü çərçivəsində baş tutmalıdır” prinsipini dəstəkləmək kimi başa düşülür.

Bu bəyanatı qəbul edən ölkələrdən biri həmsədr ölkə kimi elə Fransadır. Bütün bunları ümumiləşdirsək görəcəyik ki, Azərbaycanın Birinci vitse-prezidentinin səfərinin iqtisadi, mədəni, humanitar tərəfləri ilə bərabər, həm də mühüm siyasi tərəfləri də var və bu, bizim üçün olduqca əhəmiyyətlidir.

1news.az

Paylaş:
269

Son xəbərlər

Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16
Bütün xəbərlər