Dehlidə Hindistan-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dehlidə Hindistan-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçirilir

16:54 - 11 / 10 / 2018
Dehlidə Hindistan-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçirilir

Dehlidə Hindistan-Azərbaycan ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilir.

1news.az-a Hindistanın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, iclasda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir.

Oktyabrın 12-də yekunlaşacq iclasda Hindistan tərəfdən ticarət və sənaye naziri cənab Suresh Prabhu həmsədrlik edəir.

Tərəflərin geniş sahələrdə, o cümlədən ticarət, investisiya, nəqliyyat və yük daşınması, energetika, karbohidrogen, kiçik və orta müəssisələr, kənd təsərrüfatı və heyvandarlıq məhsulları, ərzaq təhlükəsizliyi, ərtaf mühitin mühafizəsi, turizm, mədəniyyət, səhiyyə, əczaçılıq, kosmos və uzaqdan hiss etmə sahələrində ikitərəfli əməkdaşlıq əlaqələrini müzakirə etmələri gözlənilir.

Onlar həmçinin, Hindistanın qərb limanlarını İran limanları vasitəsilə Azərbaycan və Rusiya ilə birləşdirəcək Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (BŞCND) inkişaf etdirilməsi üzrə əməkdaşlığı da müzakirə edəcəklər. Təklif olunan BŞCND marşrutu mövcud dəniz marşrutundan daha ucuz və qısa olacaqdır.

Hindistanla Azərbaycan arasında sıx dostluq əlaqələri mövcuddur. Hindistan Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdəndir. Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət getdikcə artır. Hindistanın ONGC Videsh şirkəti Azəri-Çıraq-Günəşli neft yatağında və Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərində paya malikdir.

P.Sultanova

Paylaş:
654

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər