DÇ-2018: İtaliya mundialdan kənarda qaldı! - VİDEO | 1news.az | Xəbərlər
Futbol

DÇ-2018: İtaliya mundialdan kənarda qaldı! - VİDEO

10:30 - 14 / 11 / 2017
DÇ-2018: İtaliya mundialdan kənarda qaldı! - VİDEO

DÇ-2018-in daha bir iştirakçısının adına aydınlıq gəlib.

1news.az-ın Apasport.az saytının məlumatına görə, günün yeganə pley-off cavab qarşılaşmasında İtaliya ilə İsveç üz-üzə gəlib.

İlk görüşdə doğma meydanda qalib gələn İsveç yığması səfər oyununda bu üstünlüyünü əldən verməyib. Skandinaviyalılar qolsuz bərabərliyə nail olaraq adlarını mundiala gedəcək komandaların sırasına yazdırıblar.

Dördqat dünya çempionu olan appeninlilər isə 60 ildən sonra mundiala həsrət qalıblar. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya yenidən azarkeşlərini kədərə qərq edib.

Maraqlıdır ki, “Skuadra Adzurra” indiyədək dünya çempionu adını qazananlar arasında yeganə komandadı ki, Rusiyada oynamayacaq. Çünki Almaniya, Fransa, İspaniya, İngiltərə, Braziliya, Argentina və Uruqvay artıq mundialda oynamaq hüququna yiyələnib.

 

DÇ-2018, pley-off oyunları

Avropa zonası

Cavab qarşılaşmaları

13 noyabr

 

İtaliya – İsveç - 0:0

İlk oyun: 0:1

 

İtaliya: 1. Canluici Buffon (k) (q), 3. Corcio Kyellini, 4. Matteo Darmian, 6. Antonio Kandreva, 7. Jorjinyo, 8. Alessandro Florenso, 11. Çiro İmmobile, 15. Andrea Barzali, 18. Marko Parolo, 19. Leonardo Bonuççi, 23. Manolo Qabbyadini

Ehtiyat oyunçular: 12. Canluici Donnarumma (q), 14. Mattia Perin (q), 2. Daniele Ruqani, 5. Roberto Qalyardini, 9. Andrea Belotti, 10. Lorense İnsinye, 13. Davide Astori, 16. Daniele de Rossi, 17. Eder, 20. Federiko Bernardeski, 21. Davide Zappakosta, 22. Stefan El-Şaaravi


İsveç: 1. Robin Olsen (q), 2. Mikael Lustiq, 3. Viktor Lindelef, 4. Andreas Qrankvis (k), 6. Lüdoviq Auqustinsson, 7. Sebastyan Larsson, 9. Markus Berq, 10. Emin Forsberq, 13. Yakup Yohansson, 17. Viktor Klasson, 20. Ola Toyvonen

Ehtiyat oyunçular: 12. Karl-Yohan Yansson (q), 23. Kristoffer Nordfeldt (q), 5. Martin Olsson, 8. İsak Telin, 11. Con Quidetti, 15. Qustav Svensson, 16. Emil Krafth, 18. Pontus Yansson, 19. Markus Roden, 21. Cimmi Durmaz, 22. Ken Sema.

 

1news.az

Paylaş:
831

Son xəbərlər

Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01
Bütün xəbərlər