Davosda “Bakı Ekspo 2025”in təqdimat mərasimi keçirilib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Davosda “Bakı Ekspo 2025”in təqdimat mərasimi keçirilib - FOTO - YENİLƏNİB

18:19 - 24 / 01 / 2018
Davosda “Bakı Ekspo 2025”in təqdimat mərasimi keçirilib - FOTO - YENİLƏNİB

Yanvarın 23-də İsveçrənin Davos şəhərindəki “InterContinental” otelində “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizədliyi ilə bağlı təqdimat mərasimi keçirilib. Dünya İqtisadi Forumunun keçirildiyi Davosun müxtəlif guşələri “Bakı Ekspo 2025”ə həsr olunan poster və banerlərlə bəzədilmişdi.

“Bakı Ekspo 2025” Əməliyyat Katibliyindən 1news.az-a bildiriblər ki, təqdimat mərasimi videoproyeksiyanın nümayişi ilə başladı.

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov mərasimdə çıxış edərək bildirdi ki, Bakının təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu builki Dünya İqtisadi Forumunun “Pərakəndə dünyada ümumi gələcəyin qurulması” mövzusu ilə geniş mənada üst-üstə düşür. Dünya İqtisadi Forumu kimi Ümumdünya Ekspo Sərgisi də müzakirə və ideya mübadiləsi məqsədilə dünyanı bir araya gətirən vacib mexanizmdir.

Səfir Elçin Əmirbəyov vurğuladı ki, insan kapitalının inkişafı insanların texnoloji tərəqqiyə uyğunlaşması yollarının tapılmasına, hər bir fərdin həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etmək deməkdir. İnsan kapitalının inkişafı sabit və sağlam cəmiyyətlərin formalaşmasında əsas amillərdən biridir. Biz inanırıq ki, hazırda insan kapitalının inkişafına diqqət yetirilməsinin, genişlənən qeyri-bərabərliyin azaldılmasının, iqtisadi artıma, kreativliyə və uğura nail olmaq imkanlarının yaradılmasının vaxtı çatıb.

Elçin Əmirbəyov çıxışında Bakının “Ekspo 2025” ilə bağlı təklif etdiyi alt mövzuların – təhsilin, məşğulluğun və səhiyyənin vacibliyini də qeyd edib. Bildirib ki, bu mövzular BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşür. Bu mövzuların mahiyyətini aşağıdakı kimi şərh etmək olar:

Təhsil. Biz insanlara işləməkdə, bacarıqlı cəmiyyətlər formalaşdırmaqda və texnoloji dəyişiklikləri idarə etməkdə təhsilin və təlimin vacibliyini qəbul edirik;

Məşğulluq. Biz fərdlərin məşğulluq vasitəsilə cəmiyyətdə fəal iştirak etmək ehtiyacını qəbul edirik, eyni zamanda, texnologiyanın əmək bazarına təsirini də qeyd edirik;

Səhiyyə. Biz düşünürük ki, insan kapitalının inkişafı məhz sağlam cəmiyyətlərdə səmərəli şəkildə baş verə bilər.

Təqdimat mərasimi ilə bağlı fikirlərini bölüşən nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov vurğuladı ki, Bakının “Ekspo 2025” üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun Dünya İqtisadi Forumunun keçirildiyi Davos şəhərində müzakirə etməkdən şərəf duyuruq. Dünya həmişəkindən daha sürətlə dəyişir. Bakının “Ekspo 2025” üçün təklif etdiyi alt-mövzular – insanın əsas ehtiyacları olan təhsil, məşğulluq və səhiyyə dünyanın hər bir ölkəsinin üzləşdiyi məsələlərdir. İqtisadiyyatlar və cəmiyyətlər transformasiyaya uğrasa da, bu mövzular insanları birləşdirir və onların həyat seçimlərinə təsir göstərir. Bu baxımdan öz baxışlarımızı Davosda təqdim etmək imkanından çox məmnun olduq. Tədbir zamanı və sonra aldığımız müsbət reaksiya bizdə ruh yüksəkliyi yaradır.

Mərasimdə “Bakı Ekspo 2025”in təqdimatına həsr olunan film nümayiş etdirildi. Filmdə ölkəmizin tarixi, mədəniyyəti və ev sahibliyi etdiyi tədbirlər barədə geniş məlumat verildi.

Böyük maraqla qarşılanan təqdimat mərasiminin əsas məqsədi iştirakçılara Bakının ismarıcını çatdırmaq idi. İştirakçılar arasında dövlət və özəl sektorları təmsil edən nümayəndələr, o cümlədən diplomatlar, təhsil və media qurumlarının əməkdaşları, müxtəlif şirkətlərin rəhbərləri var idi.

Xatırladaq ki, Azərbaycan milli pavilyonla ilk dəfə “Milan Ekspo 2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin “Milan Ekspo 2015”dəki pavilyonunu sərgi günlərində ziyarət edən insanların sayı 3 milyondan çox olub. Türkiyədə təşkil olunan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycanın milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən “Ekspo 2017” Beynəlxalq Sərgisində isə ölkəmiz “Enerji yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.

S.Xankişiyeva

Paylaş:
570

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər