Damarlar nə üçün tutulur? - 7 əsas səbəb | 1news.az | Xəbərlər
Cəmiyyət

Damarlar nə üçün tutulur? - 7 əsas səbəb

16:47 - 23 / 05 / 2019
Damarlar nə üçün tutulur? - 7 əsas səbəb

Damarlarda xolesterinin (piyə oxşar maddə) yığılması nəticəsində damarlar daralır, öz elasktikliyini itirir, daha kövrək olur, damarların partlaması, tam tutulması riski artır.

1news.az Saglamolun.az-a istinadən xəbər verir ki, bu prosess ateroskleroz adlanır. Ateroskleroz uzun illər ərzində simptomsuz, gizli inkişaf edir vəyalnız  damarın bir çox hissəsi (70%-dən artıq) tutulduqda kliniki simptomlar əmələ gəlməyə başlayır. Ürək damarları tutulubsa ürək nahiyəsində ağrılar əmələ gəlir, beyin damarları tutulduqda yaddaşsızlıq, baş gicəllənməsi və s. kimi simptomlar meydana çıxır, ayaq damarları tutulanda insan "səbəbsiz" axsamağa başlayır və s.

Saglamolun.az xəbər verir ki, damarların tutulması infark və insultun əsas səbəbidir.

Bütün bunları nəzərə alaraq hər bir insan bu patoloji halın səbəblərini bilməlidir.

Beləliklə, damarlar nə üçün tutulur?

  1. İrsiyyət

Mübadilə proseslərinin xüsusiyyətləri damarların tutulmasını tezləşdirə bilər.

  1. Şəkərin həddindən artıq istehlakı

Şəkər damarlarda iltihab yaradır. İltihablaşmış damarda sağlam damarla müqayisədə xolesterin daha tez yığılmağa başlayır.

  1. Qalxanvari vəzinin funksiyasının azalması (hipotireoz)

Hal hazırda hipotireoz damarların tutulmasının əsas səbəblərinən biri kimi qiymətləndirilir. Qalxanvari vəzi maddələr mübadiləsi proseslərinə çox ciddi təsir edir. Qalxanvari vəzinin funksiyası azalanda maddələr mübadiləsi prosesləri yavaşıyır ki, nəticədə qanda xolesterinin səviyyəsi artır və o, damarlada yığılmağa başlayır.

  1. Uzunmüddətli xroniki stresslər

Stress zamanı damarlar kəskin sıxılır ki, bu da onların zədələnməsinə səbəb olur. Zədələnmiş damarlarda xolesterinin yığılması riski yüksəkdir.

Digər tərəfdən insan daim stress vəziyyətində yaşadıqda onun immun sisteminin fəaliyyəti ilk mərhələlərdə artır, immun hüceyrələr daha çox ifraz olunur. Özünə "iş" tapmayan (infeksiya, yara, zədə və s.) immun hüceyrələr öz silahlarını "düşmənlərə" (mikrob, bakteriya və s.) deyil, orqanizmə "tuşlayır" ki, nəticədə orqanizmdə və o cümlədən damarlada iltihab yaranmağa başlayır. İltihablaşmış damarlar isə daha tez tutulur.

  1. Cinsi hormonların çatışmazlığı

Cinsi hormonlar xolesterindən sintez olunur. Hormonların ifrazı müxtəlif səbəblərə görə (yaş, xəstəlik və s.) azaldıqda istifadə olunmayan xolesterin əvvəl qanda toplanır, daha sonra isə damarlarda yığılmağa başlayır.

  1. Siqaret çəkmək

Siqaret damarların qənimidir. Siqaret çəkən insanın damarları kəskin sıxılır ki, bu da onların zədələnməsinə səbəb olur. Zədələnmiş damarların tutulması riski artmış olur.

  1. Fiziki aktivliyin azalması (hipodinamiya)

Hipodinamiya bir çox xəstəliklərin (şəkərli diabet, piylənmə və s.) və o cümlədən aterosklerozun riskini artırır. Hipodinamiya qan dövranının pisləşməsinə, maddələr mübadiləsinin zəifləməsinə səbəb olur ki, nəticədə damarlarda xolesterinin yığılması və damarların tutulması ehtimalı da artır.

1news.az

Paylaş:
9958

Son xəbərlər

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33
Bütün xəbərlər