Daha savadlı olmağa hazırsınız? | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha savadlı olmağa hazırsınız?

10:15 - 17 / 09 / 2018
Daha savadlı olmağa hazırsınız?

Dünyaca məhşur bir çox işgüzar kitabın Azərbaycan dilində olmadığını nəzərə alaraq Readit.az layihəsi oxuculara yeni kitabını təqdim edir.

Daha ağıllı ol!” olaraq adlandırılan bu kitabda qısa məzmunlar dörd ümumi başlıqda təqdim olunur. Kitaba “Rework”, “Skrum”, “Mavi Okean Strategiyası”, “Drayv”, “Dahilər və digərləri”, “Razısalma Psixologiyası”, “Biznes Dünyasının Macəraları” və s. kimi faydalı və çox satılan kitabların qısa məzmunları daxildir.  Qeyd edək ki, bu kitab Readit.az-ın ilk çap şəklində olan kitabıdır.

Kitab haqqında => http://www.readit.az/book

Başlanğıcda sadəcə online şəkildə fəaliyyət göstərməyi hədəfləyən layihə, hal-hazırda çoxsaylı oxucu istəyini nəzərə alaraq, həmin qısa məzmunlardan 15-ni kitab şəkildə oxuculara çatdırmağı planlayır. Qeyd edək ki, kitaba daxil olan 15 -qısa məzmunun demək olar ki, heç biri, bu günə qədər Azərbaycan dilinə tərcümə edilməyib. Qısa məzmunlar sahəsinin mütəxəssisi olan şəxslər tərəfindən hazırlanır. Kitaba daxil olan qısa məzmunlar isə 4 kateqoriyaya bölünüb: biznes dünyası, marketinq və satış, motivasiya və psixoloqiya, menecment və biznes strategiyaları. Bu qısa məzmunlar istənilən sahədən olan şəxslərin, yəni istər biznes mütəxəssislərinin, istər tələbələrin, istərsə də kifayət qədər fərqli sahələrdə işləyən şəxslərin asanlıqla anlayacağı dildə hazırlanıb.

Bu kitabı əldə edən oxucu 1 kitabın qiymətinə 15 kitabın qısa məzmunu oxumaq imkanı əldə edəcək, bununla da həm vaxtına, həm də büdcəsinə qənaət edəcək. Ən əsası oxucu ömürlük konspekt qazanacaq.

Oxucular artıq öncədən kitab sifarişini verə bilərlər.

Qeyd edək ki, kitab cəmi 1000 nüsxədə çap olunacaq və artıq öncədən sifariş qəbulu başlanıb, 10 gündən sonra isə çapdan çıxacaq və sifarişçilərə çatdırılacaq. Ona görə də, bu çox faydalı kitabı hamıdan əvvəl əldə etməyə tələsin. Bundan başqa, öncədən sifariş edənlərə www.readit.az saytına bir aylıq abunə hədiyyə olunacaq.

Sifariş => http://readit.az/book#sifaris

Readit.az haqqında:

2017-ci ildə aktiv fəaliyyətə başlayan Readit.az layihəsi bütün dövrlərin ən yaxşı və faydalı kitablarını qısa məzmunda əks etdirən online kitabxana olaraq qurulub. Həmin qısa məzmunlu mətnlər 8-15 səhifədən ibarət olmaqla, kitabın əsas və qiymətli ideyalarını əks etdirir. Layihənin məqsədi cəmiyyəti maarifləndirmək, həmçinin, onlarda oxumağa həvəs yaratmaqdır. Layihənin rəhbəri Elmir Kərimli öz fəaliyyətinin məqsədini belə izah edir:

“Dünyada hər il yüzlərlə faydalı kitab dərc olunur. Dəfələrlə olub ki, biz hər hansı bir kitabı oxumağa başlayıb, yarımçıq qoymuşuq. Bunun səbəbi adətən, ya vaxt azlığı, ya da kitabın darıxdırıcı olmasıdır. Bununla yanaşı, biz işgüzar kitabları əyləncə naminə oxumuruq. Biz onlardan bilik əldə etmək və peşəkar olmaq üçün istifadə edirik. Bir çox kitabların dilimizə tərcümə olunmaması da bizləri lazım olan dəstəyi və bilikləri əldə etməkdən məhrum edir. Buna görə də, müasir dövrdə belə bir layihənin mövcudluğu cəmiyyətimiz üçün həm vaxt, həm də məna baxımından vacibdir”.

Readit.az yeni kitabların oxucuların ürəyincə olacağına və cəmiyyətimizə öz faydasını verəcəyinə ümid edir.  

 

Paylaş:
1421

Son xəbərlər

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23
Bütün xəbərlər