Daha bir təhsil ocağında gənclərin çağırışaqədər hazırlığı kabineti yaradılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir təhsil ocağında gənclərin çağırışaqədər hazırlığı kabineti yaradılıb - FOTO

13:04 - 18 / 09 / 2018
Daha bir təhsil ocağında gənclərin çağırışaqədər hazırlığı kabineti yaradılıb - FOTO

Bakı şəhəri, Səbail rayonu Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseyinin binası yenidənqurmadan sonra istifadəyə verilib.

1news.az-ın məlumatına görə, liseydə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən gənclərin çağırışaqədər hazırlığı kabineti yaradılıb. Kabinetdə dövlət atributlarının təsviri olan və hərbi vətənpərvərlik mövzularını əks etdirən stendlər, hərbi çarpayı (yataq dəsti ilə), əsgər dolabçası, gün növbətçisi postu quraşdırılıb.

Bundan başqa, sinif otağında əşya, ərzaq, kimya və silah xidmətləri üzrə hərbi geyim nümunələri, səhra yemək dəstləri, əleyhqaz, dozaölçən cihaz, xüsusi vasitələrin daşınması üçün döşlük, polad dəbilqə, PSO-lu snayper tüfənginin maketi, şüşə vitrinlərdə isə hərbi ləvazimatlar yerləşdirilib. Bu ləvazimatlar hərbi hazırlıq fənninin tədrisi zamanı məktəblilərə ibtidai hərbi biliklərin aşılanmasında praktiki cəhətdən gərəkli olacaq.

Qeyd edək ki, Texniki Humanitar Elmlər Liseyində Daxili Qoşunların dəstəyi ilə yaradılmış gənclərin çağırışaqədər hazırlığı kabineti sayca yeddincidir. Ötən illərdə Sumqayıt şəhərinin 1, Səbail rayonunun 3, Qaradağ rayonunun 1, Suraxanı rayonunun 1 təhsil müəssisələrində analoji hərbi kabinetlər yaradılıb.

1news.az

Paylaş:
461

Son xəbərlər

Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58
Bütün xəbərlər