Sumqayıt Tibb Kolleci avtomatlaşdırılmış imtahan sisteminə keçdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt Tibb Kolleci avtomatlaşdırılmış imtahan sisteminə keçdi – FOTO

10:30 - 19 / 06 / 2019
Sumqayıt Tibb Kolleci avtomatlaşdırılmış imtahan sisteminə keçdi – FOTO

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən və Sumqayıt şəhərində yerləşən “Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci” tələbələrin imtahan prosesini tam avtomatlaşdırıb.

Bir neçə müddətdir bu sahədə ölkənin ən böyük proqram təminatçısı şirkətərindən biri olan Pronet MMC ilə danışıqlar aparan kollec, artıq 2019-cu il yay semestr imtahanlarını sözügedən şirkətə məxsus ProASK - İntellektual İmtahan və Attestasiya sisteminin öhdəsinə buraxıb.

Kollecin direktoru, Tibb elmləri doktoru, Respublikanın Əməkdar həkimi Rəfayıl Eyvazovun sözlərinə görə, elektron sistemə keçid kollecin bir neçə vaxtdır qarşısında qoyduğu hədəflərdən biri idi. Daha şəffaf və faydalılıq əmsalı yüksək olan bir imtahan prosesinin təşkil olunması, tələbələrin biliklərinin operativ və kompleks şəkildə ölçülməsi də belə bir sistemə keçid üçün əsas amillərdən idi.

Direktorun sözlərinə görə, bu il həmçinin kollec özünün 50 illik yubileyini də qeyd edir. Belə bir yeniliyin isə məhz bu ilə təsadüf etməsi də xoşagələn hallar sırasındadır. Rəfayıl Eyvazov fikirlərində onu da vurğuladı ki, avtomatlaşmış sistemə keçid elə də asan olmayıb. Çünki bu sahədə işləri həvalə edəcək və yazılacaq proqram təminatının tamamilə milli olmasını təmin edəcək şirkətin seçilməsi çox önəmli bir məsələ idi. Bir neçə müddət davam edən danışıqlar prosesindən sonra isə bu istiqamətdə bütün istəklərin gerçəkləşdirilməsi və layihənin reallaşdırılması üçün həvalə olunan şirkət Pronet MMC oldu.

Şirkət nümayəndəsi və İmtahan və Attestasiya Sisteminin layihə rəhbəri Zaur İsayev də bu əməkdaşlıq barədə öz fikirlərini bildirib.

Onun sözlərinə görə, Tibb Kollecində qısa zaman ərzində belə bir yenilikləri tətbiq etmək üçün lazım olan zaman müddəti çox az idi.

“Lakin biz də öz növbəmizdə kollecin etibarını tam doğrultmaq və ölkədəki fəaliyyətimizin 16-cı ilində bütün təcrübəmizi nümayiş etdirmək üçün deyilən vaxt ərzində sistemi tamamilə təhvil verdik və ilk imtahanlardan etibarən semestr boyu təşkil olunacaq bütün imtahanlar tam avtomatlaşdırıldı”.

Elektron İmtahan sisteminə keçid sayəsində kollecdə bugünəcən imtahanların təşkil olunmasında istifadə olunan

  • Məlumat sorğu kitabçaları
  • Fənnlər
  • Şöbələr
  • Mövzular
  • Qrup
  • Semestr
  • İmtahan sualları
  • İmtahan kriteriyaları (test kitabçası)
  • İmtahan iştirakçıları (tələbələr)
  • İmtahan təyini (başlama vaxtı, iştirakçılar, kitabça)
  • İmtahanın monitorinqi

və s. kimi önəmli nüanslar da proqram təminatının interfeysinə köçürülüb.

Onu da qeyd edək ki, ProASK - İmtahan və Attestasiya Sistemini Sumqayıt Tibb Kollecindən əlavə Bakıda yerləşən 2 saylı Bakı Baza Tibb Kolleci  də istifadə edir. Bundan əlavə, Naxçıvan MR Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Azərbaycan Risk Peşəkarları Assosiasiyası, Centron Mağazalar Şəbəkəsi, UniBank ASC və s. kimi önəmli qurumlar da bu siyahıya aiddir

Sistemin tətbiqçisi Pronet MMC şirkəti 16 ildir ki, ölkənin ERP Proqram Təminatı bazarına liderlik edir. Sözügedən proqram təminatından başqa şirkət, Məktəb və Təhsil Müəssisələrinin Elektron İdarəedilməsi Sistemi olan ProSCHOOL sistemini də artıq uzun illərdir ki, ölkədəki təhsil ocaqlarının istifadəsinə verib.

Reklam hüququnda

 

Paylaş:
4650

Son xəbərlər

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25
Bütün xəbərlər