Daha bir azərbaycanlı İsveçdə deputat seçildi | 1news.az | Xəbərlər
Siyasət

Daha bir azərbaycanlı İsveçdə deputat seçildi

15:44 - 19 / 09 / 2018
Daha bir azərbaycanlı İsveçdə deputat seçildi

İsveç Sosial-Demokratlar Partiyasının fəalı İradə Əliyeva Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçilib.

1news.az-ın Milli.Az-a istinadla verdiyi xəbərə görə, bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

İradə Əliyeva 2004-cü ildən İsveçdə yaşayır. 2007-ci ildən İsveçın ən böyük partiyası olan Sosial- Demokratlar Partiyasının fəal üzvüdür. 2010-cu ildə seçkilərdə Jönköpinqs landsting (əyalət) parlamentinə namizədliyini verib və həmin əyalət parlamentinə seçilib. Bundan başqa 2010-2014-cü illərdə Jönköpinq bələdiyyəsinin Təhsil və İş Bazarı Komissiyasının üzvü, Sosial- Demokrat Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvüdür.

Məlumat üçün qeyd edək ki, Jönköpinq şəhərinin 145000 əhalisi var. Jönköpinq region, yəni əyalət 13 bələdiyyəni əhatə edir və 350000 əhalisi var. Jönköpinq region (əyalət) parlamentində 81 nəfər deputat var və İradə Əliyeva onlardan biridir. Builki seçkilərdə yenidən namizədliyini verib və Jönköpinq region (əyalət) parlamentinə deputat seçilib.

Hal-hazırda seçkilərdən sonra müxtəlif komissiya və idarə heyətlərinə üzvlərin seçilməsi prosesi davam edir və təxminən noyabr ayının axırlarında hansı komissiya və idarə heyətlərinə daxil olduğu bilənəcək. İradə Əliyevanın 2012-ci ildən öz sosial, hüquqi və iqtisadi məsələlər üzrə məsləhətçi (konsult) şirkəti var. 2013-cü ildən özü bir qadın cəmiyyəti yaradıb. Bu cəmiyyət müxtəlif millətlərdən olan qadınlar üzvdür. Cəmiyyətin məqsədi qadınların bir-birinə kömək etməsi, çətin vəziyyətlərdə dayaq olmasıdır.

Qeyd edək ki, İ.Əliyeva əslən Ağdamın Mərzili kəndindəndir. İki övladı var: 20 yaşında qızı, 13 yaşında oğlu. Qızı da siyasətlə maraqlanır və builki seçkilərdə fəal iştirakçılardan biri olub. Azərbaycan Neft və Kimya İnstitunun mühəndis-iqtisad fakültəsini bitirib. Bakıda yaşadığı müddətdə müxtəlif vəzifələrdə çalışıb.

İsveç-Azərbayan Asossiasiyası SAF: qəlblərdə Vətən hissini qoruyaraq – FOTO – VİDEO

Azərbaycanlı bacılar İsveçdə millət vəkili seçildilər

S.Xankişiyeva

 

Paylaş:
1211

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər