Daha bir avtobus qəzası: 2 şagird və 2 valideyn ciddi xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir avtobus qəzası: 2 şagird və 2 valideyn ciddi xəsarət alıb

12:11 - 07 / 12 / 2018
Daha bir avtobus qəzası: 2 şagird və 2 valideyn ciddi xəsarət alıb

Dekabrın 7-də saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Binəqədi rayonu, 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə 217 nömrəli tam orta məktəbdən bildirilib ki, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub.

Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəza zamanı xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Onu da qeyd edək ki, ilkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, İdarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.

Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək.

S.Xankişiyeva

 

Paylaş:
547

Son xəbərlər

Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07
Bütün xəbərlər