Daha 70 dövlət əmlakı hərraca çıxarılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Daha 70 dövlət əmlakı hərraca çıxarılacaq

21:00 - 23 / 04 / 2018
Daha 70 dövlət əmlakı hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 22 may tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, budəfəki hərraca ayrı-ayrı iqtisadi sahələrə aid 70 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 28-i kiçik dövlət müəssisə və obyekti, 20-si istifadəsiz qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.

Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara istənilən yerdən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır.  Onlayn qatılmaqla yanaşı hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri Komitənin rəsmi səhifəsi olan emdk.gov.az, privatization.az saytına, Elektron Hökumət portalına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır.

Alıcılar bu hərracda da məişət, iaşə, qida, toxuculuq sahəsinə aid olan kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanına malikdir. Eyni zamanda təmir, sənaye, nəqliyyat sahəsində biznesini qurmaq istəyənlər üçün də kifayət qədər müəssisələr var. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Sumqayıt, Cəlilabad, Lənkəran, Balakən, Xaçmaz və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 57 kv.m ilə 10 min kv.m arasında dəyişir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Goranboy, Ağdaş, Astara və digər şəhər və rayonlarda yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Bakının Sabunçu rayonunda yerləşən kinoteatr, Nərəcan kənd Mədəniyyət evi, Qusar Kərpic sexi kimi iri dövlət əmlakları var.

Sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Şəmkir Balıq Zavodu dövlət müəssisəsi belə əmlaklardandır. Həmin zavodun fəaliyyətini genişləndirməklə investor yaxşı qazanc əldə edə bilər. Daxili tələbatda balıq və balıq məhsullarına üstünlük verilməsi amili istehsalı artırmağa imkan verir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 350 kv.m-ə yaxın, torpaq sahəsi isə 4 min 500-dən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Qusar Kərpic sexini misal göstərmək olar. Həmin obyekt investorlar üçün tikinti sahəsində yaxşı qazanc deməkdir. Belə ki, Qusar rayonun turizm bölgəsi olması mehmanxanaların, kafelərin inşasını stimullaşdırır. Bu isə kərpicə olan tələbatın adı çəkilən əmlak tərəfindən ödənilməsinə imkan verir. Əmlakın ümumi faydalı sahəsi 200 kv.m-dən çox, torpaq sahəsi isə 170 min kv.m-dən artıqdır.

Özəlləşdirilməyə sərfəli qiymətə çıxarılan əmlaklar da kifayət qədərdir. Məsələn Lənkəranda yerləşən Darquba kənd klubunun ilkin start qiyməti 3550 manatdır. Həmin əmlakın ümumi faydalı sahəsi 130 kv.m-ə yaxın, torpaq sahəsi isə 160 kv.m-dən çoxdur. Adı çəkilən obyektin torpaq sahəsi ilə birgə özəlləşdirilməsi də alıcıya əlavə imkanlar verə bilər.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 14-ü paytaxtda, qalanları isə Gəncədə, Sumqayıtda, Xaçmazda və digər şəhər və rayonlarda yerləşir. Belə əmlakların sahəsi 14 kv.m ilə 300 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə sırasında “Azinterservis”, “Bərdə Kərpic”, “Kürdəmir Kəndkimya Təchizat”, “Çatal Broyler” və digər bu kimi səhmdar cəmiyyətləri var. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. Nəqliyyat vasitələrinin buraxılış tarixləri 2006-2010-cu illəri əhatə edir.

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir. Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.

Prosesə çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın  adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

1news.az

Paylaş:
433

Son xəbərlər

Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14
Bütün xəbərlər