Daha 44 dövlət əmlakı hərraca çıxarılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Daha 44 dövlət əmlakı hərraca çıxarılır

17:41 - 09 / 07 / 2018
Daha 44 dövlət əmlakı hərraca çıxarılır

Avqustun 7-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.

Komitədən 1news.az-a verilən məlumata görə, avqustun ilk hərracına 44 dövlət əmlakı çıxarılıb. Budəfəki hərracda investorlar 17 səhmdar cəmiyyəti, 12 kiçik dövlət müəssisə və obyekti, 15 qeyri-yaşayış sahəsi arasında seçim edə biləcək.

Təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aid səhmdar cəmiyyətləri Şirvan, Bərdə, Zaqatala və digər rayonlarda yerləşir. Qeyd edək ki, səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Şirvan şəhəri, Salyan şossesində yerləşən “Anar” Açıq Səhmdar Cəmiyyətinin  nizamnamə kapitalı 605 min 138 manatdır. Səhmlərinin 30%-i hərraca çıxarılan bu dövlət əmlakı yeyinti məhsulları istehsalı  sahəsində investorun iqtisadi potensialını artıra biləcək.

“Hərraca ərazi müxtəlifliyi ilə bərabər, hər bir investorun büdcəsinə uyğun ola biləcək dövlət əmlakları çıxarılıb. Belə ki, Bakı, Salyan, Astara, Biləsuvar və digər bölgələrdə yerləşən əmlakların ilkin hərrac qiyməti 500 manat ilə 1 milyon 500 min manat aralığındadır. Ümumi faydalı sahəsi 14 kv.m ilə 3 min 763 kv.m intervalında olan kiçik dövlət müəssisələri investorlara biznes planlarına uyğun əmlaklar tapmaq üçün  imkan yaradır.

Torpaq sahəsi ilə birgə özəlləşdirilməsi nəzərdə tutulan Lənkəran rayonu, Darquba kəndində yerləşən Əmlak kompleksinin ümumi faydalı sahəsi 62 kv.m, ilkin hərrac qiyməti 15 min manatdır. Prosesə Salyan rayonunda Yüksəliş yardımçı təsərrüfatı, Qobustan şəhərində Taxıl qəbulu məntəqəsi, paytaxtın Xəzər rayonunda 103 saylı yanacaqdoldurma məntəqəsi kimi dövlət əmlakları da çıxarılıb”, - deyə məlumatda vurğulanıb.

Müxtəlif sahələr üzrə xidmət obyekti kimi istifadə oluna biləcək qeyri-yaşayış sahələrinin 13-ü Bakıda, 2-si Gəncə və Mingəçevirdə yerləşir. Gəncə şəhərində yerləşən ümumi faydalı sahəsi 158 kv.m olan əmlak üçün ilkin qiymət 17 min manat təyin olunub.

1news.az

Paylaş:
316

Son xəbərlər

Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09
Bütün xəbərlər