Dağlıq Qarabağda erməni hərbçi ölüb
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki hərbi hissələrindən birində Ermənistan ordusunun əsgər ölüb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Qarabağdakı separatçı rejim məlumat yayıb.
Məlumata görə, 12 mart saat 06.50 radələrində hərbi hissələrdən birində 2000-ci il təvəllüdlü müddətli hərbi xidmətdə olan Karen Karapetyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb.
Hadisə araşdırılır.
P.Sultanova
263