Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri bəyanat yayıb

16:35 - 10 / 10 / 2019
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri bəyanat yayıb

“Ermənistan mediasının yaydığı məlumata görə, 11 oktyabr 2019-cu il tarixində Azərbaycanın işğal altında olan ərazilərində “Ədalət və Sülh Naminə Əməkdaşlıq - Artsaxın dostları” adlı forumun keçirilməsi planlaşdırılır.

Məlumatda bildirilir ki, forumun əsas məruzəçiləri Azərbaycanın işğal altında olan ərazilərində yaradılan xunta rejiminin nümayəndələri olacaq və orada əsasən iki qondarma mövzu “artsax xalqının öz müqəddaratını təyin etmək hüququ” və “münaqişənin sülh yolu ilə tənzimlənməsi və artsaxın beynəlxalq əlaqələrinin artırılması imkanları” müzakirə olunacaq. Ədalət hissindən uzaq, özünün destruktiv mövqeyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin tənzimlənməsinə əngəl olan rəsmi İrəvanın “ədalət və sülh naminə əməkdaşlıq”dan danışmağa nə dərəcədə haqqı çatır?”.

1news.az-ın verdiyi xəbərə görə, bunu “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” rəhbəri Tural Gəncəliyev bildirib.

“Ermənistan “sülh naminə əməkdaşlıq” məsələlərinə hansı töhfələr verib? Yaxşı olardı ki, Ermənistan ədalətdən yox, özünün ədalətsizliyindən, “sülh naminə əməkdaşlıq”dan deyil, bu əməkdaşlığa vurduğu zərbələri müzakirələrə çıxarardı. Onda dünya Ermənistanın səmimiliyinə daha çox inanacaqdı.

Mən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olaraq bəyan edirəm ki, işğal altında olan ərazilərimizdə belə bir qondarma forumun keçirilməsi Ermənistanın və xunta rejiminin özünün işğalçılıq əməllərini legitimləşdirmək məqsədi güdür. Həmcinin “artsax əhalisinin öz müqəddaratını təyinetmə hüququ” gülünc doğurur. Bu forum Dağlıq Qarabağın əzəli sakinləri olan azərbaycanlıları qətlə yetirərək, etnik təmizləmə aparan Ermənistanın “öz müqəddəratını təyin etmək prinsipi” adı altında növbəti oyunudur. Forum, ədalət və sülh naminə əməkdaşlığa deyil, işğala və etnik təmizləməyə bəraət qazandırılmasına xidmət edir”, icma rəhbəri vurğulayıb.  

S.Xankişiyeva

 

Paylaş:
452

Son xəbərlər

Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18
Bütün xəbərlər