“Çudo Peçka”nın baş direktoru: MTN əməkdaşları məndən 2 milyon manat istədilər | 1news.az | Xəbərlər
Cəmiyyət

“Çudo Peçka”nın baş direktoru: MTN əməkdaşları məndən 2 milyon manat istədilər

16:40 - 18 / 01 / 2018
“Çudo Peçka”nın baş direktoru: MTN əməkdaşları məndən 2 milyon manat istədilər

Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda şahid qismində Ç.Cəlilovun qardaşı Pərviz Cəlilov ifadə verib.

O, "Çudo Peçka" şirkətində baş direktor işlədiyini deyib. Bildirib ki, 2001-ci ildə şirkəti yaradıblar: "Orta hesabla ildə 2-3 dükan açırdıq. 2006-2008-ci illərdə bankdan kredit götürüb qaytardıq. Hər ay 650 min manat pul qaytarırdıq. 2009-cu ildə bankın rəhbəri Kirman Səlim təklif etdi ki, şirkəti onlara verək. Bizim banka borcumuz var idi. Biz məcbur olub onların şərtlərilə razılaşdıq və şirkəti onlara verdik. Bizi şirkətə yaxın buraxmırdılar və fəaliyyəti haqqında heç bir məlumat vermirdilər. Beş il sonra həmin müqavilə pozuldu və məhkəmə şirkətin bizə qaytarılması barədə qərar qəbul etdi. Şirkəti onlar bizə qaytaranda artıq şirkət pis vəziyyətdə idi".

P.Cəlilov indiyə kimi "Bank Stanrart"a 15 milyon manat kredit ödədiklərini deyib: "Bu vəziyyətə düşməyimizə səbəb həmin bank və Kirman Səlimdir. Kirman deyirdi ki, onun rəhbərləri Heydər Babayev və onun həyat yoldaşıdır. Deyirdi onlar deyib ki, bank bizi məhkəməyə versin. Şirkət beş il sonra bizə qaytarılanda məlum oldu ki, şirkəti dağıdıblar. İşçilərin maaşlarını verməyiblər. Yüz minlərlə borc yaranmışdı".

P.Cəlilov 2010-cu ildə MTN əməkdaşları tərəfindən həbs edildiyini və ondan 2 milyon manat pul istənildiyini deyib: "Biz bazarlıq elədik və qiyməti aşağı saldıq. Məcbur olub şirkətin on faizini satıb pulu onlara verdik. Yeni mağaza açanda işıq çəkmək üçün müraciət edirdik. İşığın çəkilməsi üçün yüz min manat pul istəyirdilər. Pullar belə şeylərə xərclənirdi".

Proses yanvarın 25-də davam edəcək.

S.Xankişiyeva

 

Paylaş:
2024

Son xəbərlər

Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər