Cocuq Mərcanlıda yem emalı müəssisəsi inşa olunacaq - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Cocuq Mərcanlıda yem emalı müəssisəsi inşa olunacaq - FOTO

17:30 - 15 / 11 / 2017
Cocuq Mərcanlıda yem emalı müəssisəsi inşa olunacaq - FOTO

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində yem emalı müəssisəsinin təməli qoyulub.

1news.az-a İqtisadiyyat Nazirliyindən verilən xəbərə görə, bununla bağlı nazirliyin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Nazirliyin, SEDA layihəsinin, yerli icra hakimiyyətinin nümayəndələri, həmçinin sahibkarlar iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov tədbirdəki çıxışında Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə yeni texnologiyalara əsaslanan müəssisələr yaradılır, yeni iş yerləri açılır, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində icma əsaslı biznesyönümlü layihələrin, o cümlədən yem emalı müəssisəsinin inşası da kənddə məşğulluğun təmin olunmasında, regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli olacaq.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlıda həyata keçirilən işlər barədə məlumat verib və yeni yem emalı müəssisəsinin istifadəyə verilməsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin inkişafına şərait yaradacağını diqqətə çatdırıb.

"Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsinin nümayəndəsi Timoti Madigan SEDA layihəsi çərçivəsində görülən işlərdən danışıb, bu tədbirlərin Azərbaycan regionlarının inkişafına töhfə olduğunu bildirib.

Tədbirdə diqqətə çatdırılıb ki, yem emalı müəssisəsinin fəaliyyəti nəticəsində gələcəkdə Cocuq Mərcanlıda təsərrüfatlar yemlə təmin olunacaq ki, bu da kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək. Layihə çərçivəsində yem emalı avadanlıqları üçün otaq və anbar inşa olunması nəzərdə tutulur. Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılacaq.

S.Xankişiyeva

 

Paylaş:
726

Son xəbərlər

Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02
Bütün xəbərlər