Çinin CMİG şirkəti BANM-la əməkdaşlıq edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Çinin CMİG şirkəti BANM-la əməkdaşlıq edəcək

10:08 - 24 / 11 / 2017
Çinin CMİG şirkəti BANM-la əməkdaşlıq edəcək

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çinin aparıcı beynəlxalq investisiya şirkətlərindən olan “China Minsheng İnvestment Group”un (CMİG) 9 nəfərdən ibarət nümayəndə heyətini qəbul edib.

BANM-dan 1news.az-a verilən məlumata görə, görüşdə CMİG şirkətinin vitse-prezidenti Ma Şaoyin, törəmə şirkətinin prezidenti Qu Minçi, törəmə şirkətinin icraçı vitse-prezidenti Bay Baolin və şöbə rəhbərləri iştirak ediblər.

Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları salamladıqdan sonra BANM-in fəaliyyətinin əsas istiqamətləri haqda məlumat verib. Rektor son dövrdə ölkəmizin alternativ enerji mənbələrinin inkişafı istiqamətdə irəlilədiyini əsas tutaraq, BANM-in də bu sahənin araşdırılmasında maraqlı olduğunu qeyd edib.

CMİG şirkətinin vitse-prezidenti Ma Şaoyin BANM-in rəhbərliyinə göstərdiyi marağa görə təşəkkür edib. Cənab Şaoyin CMİG şirkəti və Çində Alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) sahəsində  olan inkişafdan və yeniliklərdən danışıb. BANM-lə əməkdaşlıqda maraqlı olduqlarını bildirən çinli nümayəndə bu sahədə Çinin aparıcı universitetlərilə də əlaqələr yaradılmasının və bu sahələr üzrə gələcəkdə tələbə mübadiləsi proqramının həyata keçirilməsinin mümkünlüyünü qeyd edib. Nümayəndə heyəti CMİG şirkətinin ölkələr üzrə inkişaf strategiyasında Azərbaycan bazarının əhəmiyyətli olduğunu vurğulayıb, məhz bu səbəbdən Ali Məktəblə təhsil, inkişaf və istehsalat sahəsində əməkdaşlığa maraqlı olduqlarını bildiriblər. CMİG şirkətinin rəhbərliyi həmçinin yeni enerji mənbələri sahəsində olan BANM-in layihələrinin maliyyələşdirilməsində və həyata keçirilməsində köməklik göstərməyə hazır olduqlarını bildiriblər.

Daha sonra qonaqlar BANM-in yeni kampusuna səfər edərək orada tədqiqat işlərinin aparılması üçün yaradılmış şərait və labaratoriyalarla tanış olublar/

1news.az  

 

Paylaş:
520

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər