Çingiz Qənizadə: Ermənistanda hadisələrin bu sonluqla nəticələnməsi hakimiyyətin xalqdan çox uzaq olması ilə bağlıdır | 1news.az | Xəbərlər
Siyasət

Çingiz Qənizadə: Ermənistanda hadisələrin bu sonluqla nəticələnməsi hakimiyyətin xalqdan çox uzaq olması ilə bağlıdır

18:39 - 24 / 04 / 2018
Çingiz Qənizadə: Ermənistanda hadisələrin bu sonluqla nəticələnməsi hakimiyyətin xalqdan çox uzaq olması ilə bağlıdır

Ermənistanda Serj Sarkisyanın hakimiyyətdən getməsi tələbi ilə keçirilən kütləvi etiraz aksiyalarının iştirakçılarının sayının gündən-günə artması hadisələrin bu sonluqla nəticələnəcəyini açıq-aydın göstərirdi. Ermənistanda narazı xalq yeni prezident Armen Sarkisyanı və köhnə prezident Serj Sarkisyanı qəbul etmir, bu ölkədə kəskin siyasi hakimiyyət böhranı yaranıb.

1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Çingiz Qənizadə bildirib ki, Ermənistanda ona görə hadisələr qısa zaman kəsiyində bu sonluqla nəticələndi ki, bu ölkədə hakimiyyət xalqdan çox uzaq idi. Xalqla hakimiyyətin heç bir əlaqəsi yox idi. Ermənistanın cinayətkar rejimi Dağlıq Qarabağ kartı üzərində hakimiyyətə gəlmişdi və bu kartdan öz hakimiyyətini möhkəmləndirmək üçün istifadə edirdi. Xalqdan uzaq, mənbəyi xalq olmayan bir hakimiyyətin sonu da belə olmalı idi.

Milli Məclisin deputatı qeyd edib ki, Ermənistanda siyasi böhranın hələ nə qədər davam edəcəyini söyləmək çətindir. Bu ölkədə klanlararası qarşıdurma daha da gərginləşəcək. Serj Sarkisyanın ardınca digər istefalar da olacaq. Onsuz da inkişafdan əsər-əlamət qalmayan, tənəzzül, aclıq və səfalətin hökm sürdüyü, iqtisadiyyatı dağıdılmış, sabitliyi pozulmuş Ermənistanın hələ uzun müddət özünə gələ bilməyəcəyi aydındır. Ermənistandan fərli olaraq Azərbaycanda isə seçkilərin nəticələri ilə bağlı narazılıq yaranmadı, Prezident İlham Əliyev böyük səs üstünlüyü ilə daha yeddi il hakimiyyətdə qalmaq şansı əldə edərək yeni hökumət formalaşdırdı. Bu gün Azərbaycanda xarici siyasi qüvvələrin təhriki ilə küçələrə axışmağa, rəngli inqilablar etməyə maraqlı olan narazı kütlə yoxdur. Ermənistanda isə küçəyə axışıb inqilab edənlər demokratiya yox, sadəcə, insan kimi yaşamaq, ailələrini dolandırmaq, ac qalmamaq haqqını tələb edirlər. Bu gün Azərbaycan bölgənin və postsovet məkanının sabitlik adasıdır və bu sabitliyin əsası iqtidar–xalq birliyidir.

1news.az

Paylaş:
575

Son xəbərlər

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55
Bütün xəbərlər