Çingiz Abdullayev və Cəmil Məlikov CEO Lunch Baku-nun fəxri qonaqları olublar – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Çingiz Abdullayev və Cəmil Məlikov CEO Lunch Baku-nun fəxri qonaqları olublar – FOTO

16:42 - 19 / 10 / 2018
Çingiz Abdullayev və Cəmil Məlikov CEO Lunch Baku-nun fəxri qonaqları olublar – FOTO

“Caspian European Club” on altıncı CEO Lunch Baku keçirib.

1news.az-ın məlumatına görə, 80-dən artıq şirkət və təşkilatın qatıldığı mərasimdə Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan “Pen” Klubunun prezidenti, Xalq yazıçısı Çingiz Abdullayev və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEM) sədr müavini Cəmil Məlikov da iştirak ediblər.

Yaradıcılığı və planları barədə danışan Çingiz Abdullayev kitab və təhsilin şəxsiyyətin formalaşmasındakı mühüm rolunu qeyd edib. Yazıçı iştirakçıları maraqlandıran sualları cavablandırıb və “Caspian European Club”-un üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb. Çingiz Abdullayevə Klubun fəxri üzvlük sertifikatı təqdim olunub.

Cəmil Məlikov deyib ki, ümumi enerji istehsalında ABOEM hesabına enerji istehsalının payının artırılması istiqamətində Dövlət Agentliyi həyata keçirdiyi layihələr və normativ hüquqi bazanın inkişafı sahəsində 2013-cü ildən başlayaraq 2017-ci ilə qədər ABOEM hesabına enerji istehsalının miqdarını 6,4%-dən 9,8%-ə qədər artımını təmin edib. “Azərbaycanın ümumi potensialının müəyyənləşdirilməsi və sistemləşdirilməsi nəticəsində uzunmüddətli strateji baxışçərçivəsində ABOEM hesabına qoyuluş güclərinin 3 pilləli enerji modeli əsasında artması nəzərdən keçirilib”, - deyə o qeyd edib.

Cəmil Məlikova “Caspian European Club”-un fəxri üzvlük sertifikatını təqdim edən qurumun baş icarçı direktoru Telman Əliyev CEO Lunch Baku-da fəal iştirakına, həmçinin tədbir zamanı “Caspian European Club”-un üzvlərinin səsləndirdikləri təklif və xahişlərə göstərilən diqqətə görə ona minnətdarlığını bildirib. O qeyd edib ki, CEO Lunch Baku çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab tapıb, bu sahədə əməkdaşlığın yollarını müzakirə ediblər.

Telman Əliyev tədbirdə iştirak edən qonaqları 2018-ci ilin noyabrında Tbilisdə Gürcüstan və Azərbaycan hökumətlərinin, “Caspian European Club”-un dəstəyilə keçiriləcək 8-ci Beynəlxalq “Caspian Energy Forum Kvemo Kartli”nin təşkili ilə bağlı planlar barədə məlumat verib.

“Caspian European Club”-a daxil olan və burada iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.

Nəzərinizə çatdıraq ki, sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Hər iki təşkilat 2 il ərzində “Caspian European Club”-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”-a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”-un, “Caspian American Club” və “Caspian Asian Club”-a daxil olanlar isə “Caspian European Club”-un üzvü hesab olunurlar.

“Caspian European Club”-un təsisçisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

1news.az

 

Paylaş:
940

Son xəbərlər

Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29
Bütün xəbərlər