Çin kosmosda günəş elektrostansiyası tikəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Çin kosmosda günəş elektrostansiyası tikəcək

16:56 - 22 / 02 / 2019
Çin kosmosda günəş elektrostansiyası tikəcək

Çin Kosmik Texnologiyalar Akademiyası kosmosda günəş enerjisi toplayaraq onu Yer kürəsinə göndərəcək orbital elektrostansiya texnologiyası üzərində çalışır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, layihə tərtibatçılarının sözlərinə görə, yeni stansiya fotoelektrik batareyanın Yerdən yüksəkdə quraşdırılacağı ilə əlaqədar buludlu hava şəraitində də günəş enerjisindən istifadə edə biləcək. Sınaq kompleksinin 2025-ci ilədək istifadəyə verilməsi planlaşdırılır.

Məlumata görə, hazırda kosmik elektrostansiyanın ən böyük problemi Yerə enerjinin ötürülməsi prosesi ilə bağlıdır. Alimlər tərəfindən layihənin bu hissəsi üzərində iş davam etdirilir. Plan ondan ibarətdir ki, kosmosda günəş batareyaları Günəş işığının enerjisini topladıqdan sonra elektrik enerjisini Yerə mikrodalğalı və ya lazer şüası şəklində ötürsün.

Tədqiqatçılar qeyd edir ki, kosmik elektrik enerjisi adi yerüstü vasitələrlə hasil edilən şəkildə istifadə oluna bilər. Yerə enerjinin göndərilməsi ilə yanaşı, elektrostansiya kosmik, hərbi və ya tədqiqat missiyalarını həyata keçirə bilər.

1news.az

Paylaş:
669

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər