Cəlal Qurbanov: Milli birliyimiz üçün, hamı Vətən deyəcək! - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlal Qurbanov: Milli birliyimiz üçün, hamı Vətən deyəcək! - FOTO - VİDEO

13:17 - 20 / 06 / 2019
Cəlal Qurbanov: Milli birliyimiz üçün, hamı Vətən deyəcək! - FOTO - VİDEO

“Yaşa, yaşa, Azərbaycan!”da yaşayan milli ruh

Onun şeirləri Vətən haqqında yazılan ən yaxşı nəğmələrdir. Cəlal Qurbanovun poetik təxəyyülündən süzülüən həmin misralarda vətənin həm dünəni var, həm də sabahı. Bəlkə də 10 yaşında əlinə qələm alıb ilk şeirini yazanda, onun heç ağlına belə gəlməzdi ki, vaxt gələcək bu misralar nəğməyə çevrilib dodaqdan-dodağa, dildən-dilə düşəcək, el-el, oba-oba bütün məmləkəti dolaşacaq. “Körpələrin səsi”, “Sən Azərbaycanlısan”, “Zəfərə doğru”, “Qarabağın səsi”, “Say Hallelujah”, “Əsgər marşı” və digər möhtəşəm, yaddaqalan layihələri ilə milyonların sevimlisinə çevrilən Cəlal Qurbanov həm də şeirləri ilə əsl vətəndaşlıq mövqeyini, Vətən, torpaq sevgisini insanlarla bölüşür. Onun şeirləri əsasında hazırlanan bu layihələr minləri, milyonları bir araya gətirir. Həmin layihələrdə torpaq itkisi ilə barışa bilməyən, onu yağı tapdağından azad etməyə hər an hazır olan cəsur Vətən oğlunun şücaəti, qəhrəmanlığı, dözümü, mübarizəsi ilə yanaşı, həm də müharibələrə son qoyulmasını arzulayan sülhsevər bir çağırış boy göstərir. Son günlər ifa olunan onun “Yaşa, yaşa, Azərbaycan!” şeirinə Rauf Məmmədovun bəstələdiyi musiqi möhtəşəmliyi ilə daha çox diqqəti cəlb edir. Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr edilmiş “Yaşıl Teatr” Bakı Konsert Kompleksində təqdim olunan “Fire Land Production”un yeni ərsəyə gətirdiyi əsər gecəyə təşrif gətirənlərə sanki bir himin təsiri bağıladı. Ölkənin aparıcı telekanallarında yayımlanan bu konsert proqramında təqdim olunan “Yaşa, yaşa, Azərbaycan!” mahnısı bu gün dillər əzbərinə çevrilib...

AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvi, nəğməkar şair Cəlal Qurbanovun “Yaşa, yaşa, Azərbaycan!” layihəsinin təqdimatının bu ilin sentyabrında reallaşacağı gözlənilir. Hazırda yaradıcı qrup həmin layihə üzərində yaradıcılıq işləri aparır.

“Can vermişik canımızdan, qan vermişik qanımızdan, bu canımız sənə hər an, qurban olsun Azərbaycan!”,-deyən şairin layihəsinin uğurlu alınacağına böyük inam var.

Cəlal Qurbanov “Fire Land Production" komandası və öz adından möhtəşəm layihəyə dəstək olan Bakı Şəhər İcra Hakimiyyətinə, o cümlədən hər zaman vətənpərvər və dövlətçilik ruhunda olan layihələrə diqqətini və dəstəyini əsirgəməyən Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürünü bildirib.

O deyib: “Vətənə ünvanlanan sevgidən bəhs edilən layihədə Xalq artistləri Alim Qasımov, Rasim Balayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, gənc xanəndə Mirələm Mirələmova və xüsusi ilə "Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinova xüsusi təşəkkür edirəm. Əlbəttə, layihənin araya-ərsəyə gəlməsi üçün hər kəs əlindən gələni etdi, amma Natiq Şirinov bu mahnı üçün bir neçə gün yuxusuz gecələr keçirdi. Bir daha bu işdə zəhməti keçənlərin hər birinə dərin təşəkkürümü bildirirəm”

Onun şeirə, sözə bağlılığı təkcə doğulduğu ocaqla yox, həm də suyunu içdiyi, havasını udduğu Xızı torpağı ilə bağlıdır. Ruhunda gəzdirdiyi Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Cabir Novruz sevgisi onu uşaqlıqdan sözün sehrinə salıb. Təsadüfi deyil ki, indiyədək onun yüzə yaxın şeirinə musiqi bəstələnib, sözlərinə yazılmış bəstələr əsasında 10-dan çox layihə reallaşıb.

Vətəni sevməyin imandan olduğunu çox yaxşı bilən şair heç də əbəs yerə demir ki, insan üçün ən ali duyğu Vətən, yurd sevgisidir! O, Vətən, torpaq, bayraq barədə yazdığı şeirlərdə qəlbində çağlayan bu sevgi və məhəbbəti aşılamağı, dinləyiciyə çatdırmağı bacarır. Qələmə aldığı şeirlərdə onun səmimiliyi, qəlb yanğısı özünü qabarıq şəkildə göstərir.

Cəlal Qubanovun yaradıcılığında Vətən sevgisi, torpağa bağlılıq, ülvi, pak hislərlə yanaşı, Qarabağımızın ağrı-acısı da öz əksini tapıb. Bəlkə də elə buna görə o, gəncləri vətənpərvərliyə səsləyən şeirləri daha çox qələmə alır. Həmin mövzida yazdığı şeirlərə bəstələnən mahnılarda isə birliyə, sülhə çağırış səsi daha güclüdür.

Cəlal Qurbanov Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağımız tezliklə düşmən tapdağından azad ediləcəyinə və qalibiyyət marşlarının sədaları altında üçrəngli bayrağımızın Xankəndidə dalğalanacağına inanır. Elə bu inamla da yazır: “Ey türk oğlu, orda səni səsləyən var, gözləyən var, sənə ümid bəsləyən var. Qalx ayağa birdəfəlik de sözünü, darda qalan Qarabağın qoyma yolda sən gözünü”.

Ona belə layihələrin reallaşmasında, xüsusilə də vətənpərvərlik mövzusunda layihələrin hazırlanmasında Gənclər və İdman, Təhsil nazirlikləri, “ASAN xidmət”, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi hər zaman dəstək olur.

Uzun illərdən bəri tanınmış bəstəkarlarla işləyən Cəlal Qurbanovun sözlərinə yazılmış musiqi əsərləri ölkəmizin ən tanınmış ifaçılarının repertuarına daxildir.

“Vətənə həsr olunmuş nəğmələrdəki yurd sevgimiz, torpaq sevgimiz milli birliyimizdən qaynaqlanır. Gəlin hər zaman bir olaq, yumruq olaq. Əminəm ki, çox yaxın bir zamanda qüdrətli vətən övladlarının bu əzəmətli birliyi Şuşamızda nümayiş olunacaq. İşğal olunan torpaqlarımızı azad edəcəyik. Bax, o zaman məharətimizi və qalibiyyətimizi bütün dünya alqışlayacaq. Musiqimiz daha yüksək, sözümüz daha ötkəm səslənəcək. O gün yaxındadır. Gücümüz, heç şübhəsiz, birliyimizdədir”, -deyə həmsöhbətim vurğulayır.

Onunla söhbət əsnasında öyrəndik ki, hər bir şeirə yeni layihənin başlanğıcı kimi baxan şairi hələ qarşıda çox uğurlar gözləyir. İnanırıq ki, qəlbindəki böyük Vətən sevgisi olan bu nəğməkar şairi ürəyi torpaqlarımızın azadlığı eşqi ilə döyünən hər kəsə sevdirəcək...

1news.az

Paylaş:
3832

Son xəbərlər

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57
Bütün xəbərlər