Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub

09:37 - 26 / 04 / 2018
Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Babək Cahandarov

Paylaş:
371

Son xəbərlər

Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyubBu gün, 10:35Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48
Bütün xəbərlər