Çavuşoğlunun Bakıya səfərinin proqramı açıqlanıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun 24 iyul tarixində Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb.
1news.az Türkiyə XİN-in saytına istinadla xəbər verir ki, səfər çərçivəsində Çavuşoğlu Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, baş nazir Novruz Məmmədov, xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.
Görüşlərdə ikitərəfli, regional və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
P.Sultanova
436