Carlsberg plastik tullantıların azaldılması məqsədilə qabaqcıl innovasiyalar tətbiq edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Carlsberg plastik tullantıların azaldılması məqsədilə qabaqcıl innovasiyalar tətbiq edir – FOTO

15:00 - 25 / 09 / 2018
Carlsberg plastik tullantıların azaldılması məqsədilə qabaqcıl innovasiyalar tətbiq edir – FOTO

Carlsberg Group bu gün plastik tullantıların həcmini qlobal səviyyədə hər il 60 milyon plastik paket ekvivalenti  – 1200 tondan artıq həcmə azaltmağa imkan verəcək qablaşdırma sahəsində bir sıra qabaqcıl innovasiya, o cümlədən bankaların Snap Pack multipaklarında yeni birləşdirmə formatını elan edib.

Snap Pack – pivə bankalarını birlikdə birləşdirməyə və Carlsberg-in altı banka ilə multipaklarının qablaşdırılması üçün istifadə olunan örtüdən (plyonkadan) imtina etməyə imkan verən qabaqcıl texnologiyadır. İnnovasiya ilk dəfədir ki pivə hazırlama sahəsində tətbiq olunub və ənənəvi multipaketlərin qablaşdırılması üçün istifadə edilən plastikin həcmini 76%-dək azalmağa imkan verəcək.

Snap Pack Carlsberg Group-un bu gün elan edilən ekoloji cəhətdən səmərəli qablaşdırma sahəsində innovasiyalar seriyasından yalnız biridir. Bu innovasiyalar arasında həmçinin aşağıdakılar var:

- Şüşə butulkanın etiketi üçün Cradle-to-CradleTM Silver ilə sertifikasiya olunan boyalara keçid etiketin emalını təkmilləşdirməyə imkan verəcək;

- Dövriyyə şüşə butulkası üçün yeni örtük onun istifadə müddətini artırmağa və ətraf mühitə təsirini azaltmağa imkan verəcək;

- Oksigeni çıxaran yeni qapaqlar pivənin dadını daha uzun müddət saxlamağa imkan verəcək.

Bu Carlsberg Group-un uzunmüddətli strateji məqsədlərinin – SIFIR karbon izi və SIFIR su itkisi – daxil olduğu “Birlikdə SIFIRA Doğru” dayanıqlı inkişaf proqramı çərçivəsində istehlakçılara yönələn ilk innovasiyalardır.

İnnovasiyalar ilk növbədə yenilənmə və təkmilləşmənin təmin olunması üçün Carlsberg flaqman brendinə aid olacaq. Bu, istehlakçılara ətraf mühitə təsiri azaltmağa imkan verəcək əla dada malik pivənin “Çox güman ki, dünyada ən yaxşı pivə” əfsanəvi sloqanını möhkəmləndirmək üçün atılan bir addımdır.

“Bu Carlsberg üçün vacib gündür. Dayanıqlı inkişaf sahəsində məqsədlərimizə nail olmaq və iqlim dəyişmələri ilə mübarizədə köməklik göstərmək üçün ciddi səylə çalışırıq. Biz daima təkmilləşməyə çalışırıq və bugünkü buraxılış təsisçimizin izi ilə daha yaxşı gələcəyə necə getdiyimizi dəqiqliklə nümayiş etdirir. Carlsberg Snap Pack plastik tullantıların miqdarını əhəmiyyətli dərəcədə azaldacaq və biz istehlakçılarımıza ətraf mühitə daha az təsir edən pivəni dadmaq imkanını bəxş etməyi səbirsizliklə gözləyirik”, - deyə Carlsberg Group-un prezidenti və icraçı direktoru Kees’t Xart qeyd edib.

Carlsberg Group-un tədqiqatçılar komandası həm istehlakçılar, həm iqlim üçün müsbət dəyişikliklərə səbəb olacaq innovasiyaları yaratmaq məqsədilə tərəfdaşlarla birlikdə çalışıb.

Carlsberg Group həmçinin Dayanıqlı inkişaf sahəsində yeni həllərin sürətlə tətbiq olunması üçün Danimarkanın “Plastic Change” Ekoloji Təşkilatı ilə strateji tərəfdaşlıq və Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) ilə dayanıqlı inkişaf məsələləri ilə bağlı çoxdankı dialoqun davam etdirilməsi barədə elan edib.

Snap Pack işə salınmasını qeyd etmək üçün Carlsberg Group tamamilə Snap Pack texnologiyası ilə birləşdirilən bankalardan ibarət məşhur Su pərisi abidəsinin yeni unikal versiyasını təqdim edib.

Su pərisinin Snap Pack multipaklarında istifadə olunan xüsusi yapışqanla birləşdirilən konstruksiyası Carlsberg Group-un nəfis dada malik olmaqla yanaşı, ətraf mühit üçün daha yaxşı olan pivənin hazırlanması üçün səylərini təcəssüm etdirir. 

Qurğunun hündürlüyü 3 metrdir. Onun elementlərindən biri 137 kiloqram plastikdən uzanan dalğadır. Məhz bu miqdara Carlsberg Group Snap Pack sayəsində bir saatda plastik miqdarını (ildə 1200 ton) azaldacaq.

Carlsberg Group – geniş pivə və digər içki brendləri portfelinə malik dünyada ən iri pivəbişirən qruplardan biridir. Şirkətin flaqman brendi - Carlsberg – dünyada ən tanınmış pivə brendlərindən biridir; “Baltika”, Carlsberg və Tuborg Avropanın səkkiz ən iri brendinə daxil edilib. Carlsberg Group-da 41000 yaxın əməkdaş işləyir, şirkətin məhsulları 150-dən çox bazarda satılır. Ətraflı məlumatı www.carlsberggroup.com saytında əldə edə bilərsiniz.

Carlsberg Group-un dayanıqlı inkişafı barədə

Carlsberg Group-un “4SIFIR: gələcək üçün birlikdə” dayanıqlı inkişaf proqramı şirkətin iqlim dəyişmələri, su ehtiyatlarının çatışmazlığı və səhiyyə problemləri kimi qlobal çağırışlara cavabıdır. Proqram Qrupun “YELKƏNLƏR’22” biznes strategiyasının bir hissəsidir və 2022-ci və 2030-cu illərədək uzunmüddətli strateji məqsədləri, həmçinin onlara uyğun ölçülə bilən göstəriciləri daxil edir. Uzunmüddətli strateji məqsədlərimiz: Sıfır karbon izi, Sıfır su itkisi, Sıfır məsuliyyətsiz istehlak və Sıfır bədbəxt hadisə. Proqram Qrupun Mövcudluğunun mənasını - “Daha yaxşı bu gün və sabah üçün pivə hazırlayırıq”  - əks etdirir. O elmi yanaşmaya əsaslanır və BMT-nın dayanıqlı inkişaf üzrə qlobal məqsədlərinə uyğundur.

Carlsberg Group-un dayanıqlı inkişaf sahəsində fəaliyyəti və yeni uzunmüddətli strateji məqsədləri barədə ətraflı məlumatı www.carlsberggroup.com/sustainability keçidinə daxil olaraq əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
640

Son xəbərlər

Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14
Bütün xəbərlər