1news.az

"Carlsberg Azerbaijan"ın ölkəmizdəki pivə zavodu 50 illik yubileyini qeyd edib - FOTO

14 İyun saat 10:15 ~ 3 dəqiqəlik oxu 97

İyunun 12-də ölkənin ən böyük pivəbişirmə şirkəti Carlsberg Azerbaijan Xırdalandakı pivə zavodunun 50 illik yubileyini qeyd edib.

Bir az tarixdən danışaq: Zavod istismara 1969-cu ildə verilib və o, SSRİ-dəki altı ən böyük pivəbişirmə müəssisəsindən biri idi. 1997 –ci ildə Qrup Kastel şirkəti zavodu almış və 2000-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə təntənəli açılış baş tutub. 2008-ci ildə zavod Carlsberg Group-un bir hissəsi olub.

Yubiley tədbirində şirkətin bütün respublika üzrə əməkdaşları, Carlsberg Group Şərqi Avropa regionunun vitse – prezidenti Lars Leman və Carlsberg Group rəhbərliyinin digər nümayəndələri, həmçinin Milli Məclisin, İqtisadiyyat Nazirliyinin, Vergilər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Carlsberg Azerbaijan şirkətinin baş direktoru Vyaçeslav Maltsev öz təbrik nitqində vaxtilə zavodun yarandığı zamandan indiyədək şirkətdə çalışan əməkdaşlardan, bunun irsiliklə müasirliyin birləşməsinin gözəl bir nümunəsi olmasından danışıb və məhz bu amilin Carlsberg şirkətini unikal etdiyini bildirib.

Tədbirin zamanı zavodda 20 ildən artıq işləyən və zavodun inkişafına öz töhfəsini verən əməkdaşların rolu xüsusilə qeyd edilib.

Daha sonra təbrik nitqi ilə çıxış edən Carlsberg Group Şərqi Avropa regionunun vitse – prezidenti Lars Leman deyib ki, zavodun 50 illiyi Carlsberg-in Azərbaycanda mövcudluğunun 10 illiyi ilə üst-üstə düşüb. O, Carlsberg Group Azərbaycanın pivə bazarındakı böyük potensialını gördüyünü və onun inkişafına inandığını deyib.

Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov isə öz nitqində Carlsberg Azerbaijan şirkətinin ölkənin iqtisadiyyatına verdiyi töhfənin vacibliyindən danışıb və onun zavodun inkişafına qoyduğu investisiyaları yüksək qiymətləndirib – bu investisiyaların ümumi məbləği 50 milyon manatdan çoxdur.

Yubiley tədbirində Carlsberg Azerbaijan şirkəti ilə AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ətraf mühitin qorunması məqsədi ilə tullantıların idarə olunması sahəsində əməkdaşlığa yönələn 3 il müddətinə Anlaşma Memorandumu imzalanıb. Ətraf mühitin qorunması sahəsindəki əməkdaşlıq Carlsberg Group-un dayanıqlı inkişaf proqramının bir hissəsidir: "Birlikdə SIFIRA Doğru".

Carlsberg Azerbaijan pivə zavodu Xırdalan şəhərində, Azərbaycan paytaxtından 10 km məsafədə yerləşir. Zavodun istehsal gücü  ildə - 8 mln. dekalitrdir, şirkətdə təxminən 250 nəfər və 400-ə yaxın vasitəçi işləyir (distribüterlər, agentliklər, podratçılar). Onun zavodun inkişafına investisiyalarının ümumi həcmi təqribən 50 milyon manat təşkil edir. Şirkət portfelinə Xirdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika Kuler, Efsane, Jiqulyovskoe Firmennoye, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage kimi məşhur brendlər daxildir.

Carlsberg Group 1847-ci ildə yaranıb və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin  baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Dünyanın üç iri regionunun - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində Carlsberg Group-un zavodları var və onun məhsulları 150 ölkədə təqdim edilir. Şirkətin portfelinə 140-dan çox pivə markası daxildir. Carlsberg Group əməkdaşlarının ümumi sayı 42 000-dən çoxdur.

Carlsberg Azerbaijan əlaqələri

Carlsberg Azerbaijan MMC-nin Korporativ Ünsiyyətlər üzrə Böyük Mütəxəssisi

Lalə Əfəndi

Mob: +994 50 286 76 64

[email protected]

www.carlsbergazerbaijan.az

www.carlsbergazerbaijan.az  

Reklam hüququnda

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net