Cambulat Umarov: Çeçen və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərini pozmaq qeyri-mümkündür | 1news.az | Xəbərlər
Siyasət

Cambulat Umarov: Çeçen və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərini pozmaq qeyri-mümkündür

15:55 - 17 / 02 / 2019
Cambulat Umarov: Çeçen və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərini pozmaq qeyri-mümkündür

Hər hansı bir cinayət hadisəsini, xuliqanlığı sosial şəbəkələrdə hansı formada şərh edilməsindən asılı olmayaraq yaymaq istəyənlər çeçen və Azərbaycan xalqlarının əlaqələrini, dostluq və qardaşlıq münasibətlərini poza bilməz. Bu, qeyri mümkündür. Bu əlaqələr yüzilliklərə söykənir.

Bu fikirləri Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov bildirib.

O deyib: “Qardaş Azərbaycan xalqını salamlayıram. Böyük qürurla qeyd etmək istəyirəm ki, çeçen xalqı beynəlxalq terrorçuların yaratdığı fitnəni, çeçenlərin həlak olduğu zaman Azərbaycanın bizə açdığı isti qardaşlıq qucağını heç vaxt unutmayacaq. Moskva və başqa yerlərdə kriminal hadisələr baş verən zaman onların məqsədi mənəvi inkişafın, mədəniyyətin nümayişi deyil. Onların məqsədi pul qazanmaq hərisliyi, insanları cinayətkarlığa sövq etməkdir.

Çeçen və Azərbaycan xalqları böyük sivilizasiyanın, böyük mədəniyyətin davamçılarıdır. Bu zənginlik atadan oğula, oğuldan nəvəyə ötürülə-ötürülə indiki möhkəm qardaşlıq və dostluq əlaqələrinə çevrilib. Hər hansı bir cinayət hadisəsini, xuliqanlığı sosial şəbəkələrdə hansı formada şərh edilməsindən asılı olmayaraq yaymaq istəyənlər çeçen və Azərbaycan xalqlarının əlaqələrini, dostluq və qardaşlıq münasibətlərini poza bilməz. Bu, qeyri mümkündür. Bu əlaqələr yüzilliklərə söykənir. Biz ulu öndər Heydər Əliyevin və böyük Əhməd Hacı Kadırovun davamçılarıyıq. Biz düşmənçilik kimi bir ayıb əmələ yol verə bilmərik. Biz müasir, mədəni xalqlarıq. Qeydə alınan xırda narazılıqları münaqişələrlə deyil, atalarımızın bizə miras qoyduğu kimi çay süfrəsi arxasında həll etmişik. Mən azərbaycanlıları və çeçenləri müqəddəs “Qurani Kərim”də deyildiyi kimi, məyus olmamağa çağırıram. Bu narazılığın yeganə çıxış yolu qardaşca görüşmək, bir-birini anlamaq və hörmət etməkdir. Bu, bizim əcdadlarımızdan qalan bir mirasdır. Azərbaycan və Çeçenistan respublikalarına sülh arzulayıram”.

Xatırladaq ki, fevralın 14-də Moskvada "Neolit" kafesinin yanında silahlı münaqişə baş verib. Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub.

1news.az

Paylaş:
526

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər