“Buta Airways” ilk Bakı-Sofiya-Bakı aviareysini həyata keçirib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Buta Airways” ilk Bakı-Sofiya-Bakı aviareysini həyata keçirib - FOTO

22:46 - 16 / 01 / 2018
“Buta Airways” ilk Bakı-Sofiya-Bakı aviareysini həyata keçirib - FOTO

“Buta Airways” aşağı büdcəli aviaşirkəti yanvarın 16-da ilk Bakı-Sofiya-Bakı birbaşa aviareysini həyata keçirib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, aviaşirkətin J2-9059 nömrəli reyslə uçan təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxaraq Sofiya Beynəlxalq Aeroportuna eniş edib.

Sofiya Beynəlxalq Aeroportunda təntənəli qarşılanma mərasimi təşkil edilib. Burada keçirilən mətbuat konfransında “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə bildirib ki, “Buta Airways”in Bakı-Sofiya-Bakı reysi Azərbaycan və Bolqarıstan arasında turizm, biznes və iqtisadi əlaqələrin inkişafında böyük rol oynayacaq. “Buta Airways” aviaşirkəti bir ildir ki, yaradılıb. Bu müddət ərzində şirkət təhlükəsiz, müntəzəm və kommersiya cəhətdən cəlbedici xidmət təklif edərək kifayət qədər uğur qazanıb. Bakı ilə Sofiya arasında birbaşa hava reysinin açılması da bu uğurun davamıdır.

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova qeyd edib ki, Azərbaycan və Bolqarıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bu aviareys iki ölkənin paytaxtını bir-birinə daha da yaxınlaşdırır və iqtisadi sahədə geniş imkanlar açır.

Səfir deyib ki, “Buta Airways” Avropa İttifaqı məkanı xaricindən Bolqarıstana uçuş həyata keçirən ilk aşağı büdcəli aviaşirkətdir. Həmçinin Bolqarıstan “Buta Airways”in Avropa ölkələri arasında ilk uçuş etdiyi ölkədir. “2016-cı ildə Azərbaycandan Bolqarıstana 16 min turist səfər edib. Bolqarıstanda da Azərbaycana maraq böyükdür. Ölkəmizin turizm potensialı çoxşaxəlidir. Hər iki ölkədə yay və qış turizmləri, o cümlədən şərabçılıq ənənələri var. Bunun özü də əməkdaşlıq üçün yeni imkanlar yaradır”, – deyə Nərgiz Qurbanova vurğulayıb.

Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvaylo Moskovski diqqətə çatdırıb ki, Azərbaycan və Bolqarıstan arasında birbaşa uçuşların başlanması turizm sektorunda bir sıra əhəmiyyətli layihələri həyata keçirməyə imkan yaradacaq. Bakı-Sofiya-Bakı reysi iki ölkə arasında münasibətlərin inkişafına yönələn birgə səylərin nəticəsidir. Bu birbaşa aviareys sayəsində ölkələr arasında işgüzar əlaqələr də möhkəmlənəcək.

Nazir deyib: “Azərbaycan, o cümlədən Bakı turizm sahəsində çox inkişaf edib. Biz Azərbaycanın turizm imkanlarından faydalanmaq istəyirik və azərbaycanlı turistləri də Bolqarıstanın turizm imkanlarından yararlanmağa çağırırıq. Bakı-Sofiya-Bakı reysi bunun üçün çox mühüm bir vasitədir”.

Xatırladaq ki, Bakı ilə Sofiya arasında birbaşa hava əlaqəsinin yaradılması barədə razılıq Azərbaycan və Bolqarıstan prezidentlərinin danışıqları çərçivəsində əldə olunub.

Aviareysin Bakıda keçirilən açılış mərasimində Azərbaycanın Baş naziri Artur Rasi-zadə və ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər.

Qeyd edək ki, uçuşlar həftədə bir dəfə, çərşənbə axşamı günü (2018-ci ilin qış uçuş cədvəli üzrə) baş tutacaq. Aviabiletin ilkin qiyməti bir tərəfə 29 avrodur. Aşağı büdcəli aviaşirkət olaraq, “Buta Airways” baqajın, əl yükünün daşınması, hava gəmisində isti yeməklər, aeroportda qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.

Bütün yenilikləri və xəbərləri “Buta Airways”in “facebook.com/ButaAirways”, “instagram.com/ButaAirways” və “twitter.com/ButaAirways” sosial şəbəkələrdəki səhifələrində əldə etmək mümkündür.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulan aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir.

1news.az

Paylaş:
733

Son xəbərlər

Şuşaya ilkin mərhələdə köçürülən şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06
Bütün xəbərlər