Bu meyvə-tərəvəzləri yeməyin – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu meyvə-tərəvəzləri yeməyin – SİYAHI

09:48 - 11 / 07 / 2019
Bu meyvə-tərəvəzləri yeməyin – SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyada geni modifikasiya olunmuş bitki növlərinin siyahısını açıqlayıb.

Bakupost həmin bitki növlərinin siyahısını da təqdim edir:

  1. Pomidor (Lycopersicon esculentum) Kanada, Çin, Meksika, ABŞ;
  2. Yemiş (Cucumis melo) ABŞ;
  3. Alma (Malus x Domestica) Kanada, ABŞ;
  4. Kartof (Solanum tuberosum L) Rusiya;
  5. Əkin yoncası (Medicago sativa) Argentina, Avstraliya, Kanada, Yaponiya, Meksika, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, ABŞ;Lobya (Phaseolus vulgaris) Brazilya;
  1. Pambıq (Gossypium hirsutum L.) Argentina, Avstraliya, Brazilya, Qərbi Afrika, Kanada, Çin, Kolumbiya, Efiopiya, AB, Hindistan,Yaponiya, Malaziya, Myanmar, Yeni Zelandiya, Paraqvay, Filippin, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, Tayvan, ABŞ, Svaziland;
  2. Badımcan (Solanum melongena) Bangladeş;
  3. Kətan (Linum usitatissimum L.) Kanda, Kolumbiya, ABŞ;
  4. Qarğıdalı (Zea mays L.) Argentina, Avstraliya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kuba, Misir, AB, Honduras, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Panama, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam, Zambiya;
  5. Gavalı (Prunus domestica) ABŞ;
  6. Raps (Brassica rapa) Kanada;

13 Düyü (Oryza sativa L.) Avstraliya, Kanada, Çin, Kolumbiya, Honduras, Yaponiya, İran, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Cənubi Afrika, ABŞ;

  1. Qızıl gül (Rosa hybrida) Avstraliya, Kolumbiya, Yaponiya, ABŞ;
  2. Saflor (Carthamus tinctorius L.) Avstraliya;
  3. Soya (Glycine max L.) Argentina, Avstraliya, Boleviya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, AB, Hindistan, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Cənubi Aftrika, Cənubi Koreya, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam;
  4. Balqabaq (Cucurbita pepo) Kanada, ABŞ;
  5. Şəkər çuğunduru (Beta vulgaris) Avstraliya, Kanada, Çin, Kolumbiya, AB,Yaponiya, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Sinqapur, Cənubi Koreya, Tayvan, ABŞ;
  6. Şəkər qamışı (Saccharum sp) Brazilya, Kanada, İndoneziya, ABŞ;
  7. Şirin bibər (Capsicum annuum) Çin;
  8. Tütün (Nicotiana tabacum L.) AB, ABŞ;
  9. Yumşaq buğda (Triticum aestivum) Avstraliya, Kolumbiya, Yeni Zelandiya, ABŞ;
  10. Kanola (Brassica napus) Avstraliya, Kanada, Çili, Çin,AB, Malaziya, Meksika, Yeni Zelandiya, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Taivan, ABŞ;
  11. Qərənfili (Dianthus caryophyllus) Avstraliya, Kolumbiya, AB, Yaponiya, Malaziya, Norveç;
  12. Adi kasnı (Cichorium intybus) ABŞ;
  13. Sürünən tarlaotu (Agrostis stolonifera) ABŞ;
  14. Evkalipt (Eucalyptus sp.) Brazilya;
  15. Papaya (Carica papaya) Kanada, Çin, Yaponiya, ABŞ;
  16. Petunya (Petunia hybrida) Çin;
  17. Qovaq (Populus sp.) Çin.

Agentlikdən Trend-ə verilən məlumata görə, hazırda dünyada istehsal edilən genetik modifikasiya olunmuş bitki növlərinin sayı cəmi 30-dur. Ümumdünya Səhiyyə təşkilatı (ÜST) geni modifikasiya edilmiş bitkilərin istehlakının insan üçün təhlükəsiz olması ilə bağlı bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə heç bir sağlamlığa yönəlmiş əks təsiri aşkar olunmayıb:

"Avropa Komisiyyasının verdiyi məlumata əsasən, 25 il ərzində 500 müstəqil tədqiqat müəssisəsində həyata keçirilmiş 150 tədqiqat layihəsi zamanı GMO – nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmayıb. Hazırda da dünyanın bir çox ölkəsində GMO istehsalı ilə məşğul olan şirkətlər mövcuddur".

S.Xankişiyeva

 

Paylaş:
514

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər