Bu gün Ümumdünya Yuxu Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Ümumdünya Yuxu Günüdür

10:54 - 16 / 03 / 2018
Bu gün Ümumdünya Yuxu Günüdür

Ümumdünya Yuxu Günü ilk dəfə 2008-ci ilim martında qeyd edilib. Həmin vaxtdan Dünya Səhiyyə Təşkilatının qərarı ilə sağlamlıq və yuxu problemləri çərçivəsində hər il martın üçüncü cümə axşamı Ümumdünya Yuxu Günü kimi qeyd edilir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, hesablamalara görə həyatımızın təxminən üçdə biri yuxuda keçir və bu, orta hesabla ən azı iki on illik deməkdir. Yuxu zamanı bədən tamamilə hərəkətsiz olsa da, beyin işləməkdə davam edir. O, ötən gün ərzində alınan müxtəlif informasiyaları, necə deyərlər, yerbəyer edir, lazım olmayanı unudur.

Yuxu orqanizmin xüsusi vəziyyətidir. Yuxu zamanı gün ərzində orqanizmin itirdiyi enerji bərpa olunur və əsəb sistemi nizama düşür, gümrahlıq hissi yaranır. Məhz onun sayəsində növbəti gün üçün toparlanmaq mümkündür. Ümumdünya Yuxu Günündə televiziya ilə sosialyönümlü reklam çarxları nümayiş olunur, müxtəlif konfrans və simpoziumlar təşkil edilir, yuxunun müxtəlif problemlərinə və onun pozulması, eləcə də orqanizmə təsiri ilə əlaqədar tədbirlər keçirilir.

Yatmazdan qabaq bir neçə sadə qaydaya əməl etmək lazımdır. Yuxudan əvvəl alkoqolu və tərkibində kofein olan məhsulları qəbul etmək əsəb sisteminə mənfi təsir göstərir. Axşam yeməyindən sonra yatana qədər 4 saata qədər vaxt keçməsi məsləhət görülür.

Həkimlər pis yuxunu gələcəkdə insult, infarkt, hipertoniya və digər ciddi xəstəliklərə doğru addım hesab edirlər. Eyni zamanda normal yuxu ürək-damar və bir çox başqa xəstəliklərin, həmçinin piylənmənin profilaktikası üçün təsirli vasitələrdən biridir. Mütəxəssislər iddia edirlər ki, doyunca yatmamaq nəinki işgüzarlıq keyfiyyətini aşağı salır, həm də əsəb gərginliyinə aparıb çıxarır.

Ancaq çox yatmaq heç də az yatmaqdan az zərərli deyil. Alimlərin fikrincə, normal yuxu müddəti gündə 7-8 saat təşkil etməlidir.

S.Xankişiyeva

 

Paylaş:
651

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər