Bu gün Ümumdünya Su Resursları Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Ümumdünya Su Resursları Günüdür

12:30 - 22 / 03 / 2018
Bu gün Ümumdünya Su Resursları Günüdür

22 mart - Ümumdünya Su Günü və ya Su Resursları Günüdür.

Bu gün BMT-nin Baş Assambleyasının 1992-ci il 22 dekabr tarixli Qətnaməsinə əsasən elan edilib.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu günün keçirilməsində əsas məqsəd su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasına, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyənləşdirilməsinə və bu barədə maarifləndirmənin təmin edilməsinə, təmiz su ehtiyatlarının sürətlə azalması səbəbindən yaranacaq təhlükəli vəziyyətə diqqət çəkməkdir.

Hər il bir deviz altında keçirilən Ümumdünya Su Resursları Gününün builki mövzusu “Su üçün təbiət”dir.

Hazırda dünyada 2,1 milyard insan evlərində təhlükəsiz və sağlam su olmadan yaşayır.

Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.

Respublikamızın yerüstü su ehtiyatlarının 19-20,6 kubkilometri transsərhəd çayların, 9,5-10 kubkilometri isə yerli çay axınının hesabına formalaşır.

Hazırda Bakı şəhərində yaranan çirkab suları Hövsan, Sahil, Buzovna, Mərdəkan-Şüvəlan və Zığ təmizləyici qurğularında təmizləndikdən sonra Xəzər dənizinə axıdılır.

1news.az

Paylaş:
573

Son xəbərlər

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33
Bütün xəbərlər