Bu gün Ümumdünya Meteorologiya Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Ümumdünya Meteorologiya Günüdür

12:45 - 23 / 03 / 2018
Bu gün Ümumdünya Meteorologiya Günüdür

23 Mart - Ümumdünya Meteorologiya Günüdür. Bu tarix Dünya Meteorologiya Təşkilatına üzv olan 191 meteoroloji qurum tərəfindən qeyd edilir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, həmin gün 1961-ci ildən etibarən təqvimə salınıb. Hər il martın 23-də aktiv mövzular ətrafında konfranslar, aksiyalar, maarifləndirmə tədbirləri keçirilir. Bu günü qeyd etməkdə məqsəd əhalinin sağlamlığını təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqəti cəlb etmək, bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri olan iqlim dəyişikliklərinə, onların səbəb və nəticələrinə, o cümlədən qarşısının alınmasına fikri yönəltməkdir. Hər il bu gündə insanlara 38 meteoroloji xidmətin mənasını başa salan təzə şüar seçilir. Bu ilin devizi “Hava şəraitinə hazırlaşırıq, iqlimi öyrənirik”dir.

Dünya Meteorologiya Təşkilatı 1950-ci il martın 23-də atmosfer hadisələri, okeanların atmosferlə əlaqəsi, iqlim və su resurslarının yer üzərində paylanma nəticəsini öyrənmək üçün ixtisaslaşmış orqan kimi yaradılıb. Təşkilatın mərkəzi İsveçrənin Cenevrə şəhərində yerləşir.

Hidrometeoroloji Proqnozlar Bürosu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin operativ bölməsidir. Büroda respublikanın 7 bölgəsi və Bakı şəhəri üçün verilən qısamüddətli (sutkalıq) və ortamüddətli (48, 72 saat), aylıq proqnozlar, Xəzər dənizinin 6 akvatoriyası üzrə tərtib olunan qısamüddətli (yarımsutkalıq, sutkalıq) və ortamüddətli dəniz hidrometeoroloji proqnozlar tərtib edilir. Hava şəraitində kəskin dəyişiklik, Xəzər dənizində təhlükəli və ifrat təhlükəli hidrometeoroloji hadisələr gözlənilirsə əvvəlcədən hazırlanıb müvafiq orqan və təşkilatlara vaxtlı-vaxtında məlumat çatdırılır.

1news.az

Paylaş:
558

Son xəbərlər

Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58
Bütün xəbərlər