Bu gün İkinci Bakı Şopinq Festivalı uğurla başa çatır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu gün İkinci Bakı Şopinq Festivalı uğurla başa çatır

14:28 - 15 / 11 / 2017
Bu gün İkinci Bakı Şopinq Festivalı uğurla başa çatır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən hər il şopinq festivalların keçirilməsi nəzərdə tutulub.

1news.az-ın verdiyi xəbərə görə, İkinci Bakı Şopinq Festivalı bu il oktyabrın 15-dən noyabrın 15-dək keçirilib.

Bir ay müddətində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetikanı, eləcə də digər məhsulları Bakıda yerləşən 500-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə ediblər.

Bununla yanaşı, “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri alıblar.

Festivalda paytaxtımızda yerləşən və üzərində Bakı Şopinq Festivalının loqosu olan bütün mağazalar, restoranlar və digər obyektlər festivalda iştirak edib.

15 oktyabr tarixində başlayan festival bu gün uğurla başa çatır.

Qeyd edək ki, festivalın nəticələri ilə bağlı ətraflı məlumatları müvafiq sorğular aparıldıqdan sonra ictimaiyyətə çatdırılacaq.

S.Xankişiyeva

 

Paylaş:
699

Son xəbərlər

Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12
Bütün xəbərlər