Bu gün AŞPA-nın yaz sessiyası başlayır | 1news.az | Xəbərlər
Siyasət

Bu gün AŞPA-nın yaz sessiyası başlayır

09:59 - 08 / 04 / 2019
Bu gün AŞPA-nın yaz sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının(AŞPA) yaz sessiyası öz işinə başlayır.

1news.az qurumun saytına istinadla xəbər verir ki, sessiya çərçivəsində Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək.

Həmçinin, Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri, BMT-nin “2030-cu il davamlı inkişaf” proqramı çərçivəsində əməkdaşlıq, Avropa İttifaqının demokratiya, qanun və fundamental hüquqlar üzrə formalaşdırılması,  siyasi liderlərin rolları və cavabdehlikləri, Assambleyanın prosedur qaydalarının dəyişdirilməsi, Mərakeş parlamenti ilə demokratiya çərçivəsində əməkdaşlıq, Cinayətkarlıq, korrupsiya və çirkli pulların yuyulmasına qarşı beynəlxalq mübarizədə yeni çağırışlar, Sosial media: ictimai mövzular və insan hüquqları üçün təhdidlər və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. 

Sessiya çərçivəsində aprelin 9-da AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin və Azərbaycanın AŞPA yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” mövzusunda tədbir də keçiriləcəkdir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyəti sessiyasında iştirak etmək üçün Strasburqda səfər ediblər.

Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə və Sabir Hacıyev daxildirlər.

Sessiya aprelin 12-də yekunlaşacaq.

P.Sultanova

Paylaş:
504

Son xəbərlər

Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01
Bütün xəbərlər