Britaniyalı müəllifin yeni tədqiqatı: ADR irsinə yeni baxış – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Britaniyalı müəllifin yeni tədqiqatı: ADR irsinə yeni baxış – FOTO

11:09 - 31 / 05 / 2018
Britaniyalı müəllifin yeni tədqiqatı: ADR irsinə yeni baxış – FOTO

Britaniyalı yazıçı-tədqiqatçı Qrem Uilsonun yeni kitabı Azərbaycan tarixinin elə bir dövrünə həsr olunub ki, bu dövr hər bir azərbaycanlı üçün qürur mənbəyidir.  

Söhbət 1918-ci ildən 1920-ci ilə qədər iki illik ömür sürsə də, özündən sonra zəngin irs qoyan Azərbaycan Demokratik Respublikasından (ADR) gedir.  

“ADR. Ölməyən arzular” adlı kitabın təqdimatı mayın 30-da, Azərbaycan Milli Tarix Muzeyində keçirilib.

Kitab ADR tarixində beynəlxalq nəşrlər arasında birinci olmaqla, XX əsrin əvvəllərində Azərbaycan xalqının müstəqillik və qabaqcıl ideyaları dövrünə parlaq baxışı nümayiş etdirir.

“ADR dünyada dövlət idarəçiliyi, təhsil, elm və ictimai sahədə inkişafa yenilikçi təkan verdi. ADR irsi müasir tarix üçün möhtəşəm nailiyyət hesab oluna bilər. Bu, nəinki Azərbaycan üçün, eləcə də bütün dünya üçün böyük əhəməmiyyət kəsb edir”, - deyə müəllif təqdimat zamanı bildirib.

“O dövrlər üçün az tanınan Avrasiyada yerləşən kiçik dövlət bütün dünyaya nümayiş etdirdi ki, ən ali dövlətçilik prinsipləri – şəffaf idarəetmə, demokratik ideallar, ümumi seçki hüququ və beynəlxalq proseslərə proqressiv yanaşma uğrunda mübarizə aparmağa hazırdır”, - deyə o, sözlərinə əlavə etdi.

Britaniyadan olan Qrem Uilson – siyasi liderlər və nəhəng dünya şirkətlərilə bağlı çoxsaylı kitab və bioqrafiyaların müəllifidir. Son 10 ildə o, Azərbaycan tarixi və müasir reallığın tədqiqatı ilə məşğuldur. Onun tədqiqatları arasında Prezident İlham Əliyevin (“İlham.Prezidentin Portreti”), eləcə də Ümummilli lider Heydər Əliyevin (“Heydər. Yüksəliş.Tənəzzül və Heydər Əliyevin yenidən yüksəlişi və Azərbaycan”) bioqrafiyaları da yer alıb.

Qeyd edək ki, təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, tarixçi və akademik Nərgiz Axundova, “Bakinskiy raboçi” və 1news.az informasiya agentliyinin baş redaktoru Rəhman Hacıyev, eləcə də “Successful Strategies” şirkətinin təsisçici və rəhbəri Faiq Bağırov iştirak ediblər.

ADR haqqında kitabın müəlliflərindən biri Rəhman Hacıyev təqdimatda çıxışı zamanı bildirib ki, 10 il bundan qabaq Qrem Uilson Azərbaycana turist olaraq gəlmişdi və bu ölkə haqqında az məlumatlı idi.

“Lakin bütün bu illər ərzində Qrem əsl dost, Azərbaycan vətənpərvəri, ölkə üzrə ən yaxşı mütəxxəsislərdən biri oldu”, - bunu layihə çərçivəsində tədqiqat işində iştirak edən “Bakinskiy raboçi” və 1news.az informasiya agentliyinin baş redaktoru Rəhman Hacıyev qeyd edib.

Onun sözlərinə görə, XX əsrin əvvəllində Azərbaycan tarixi ilə bağlı tədqiqatın əhəmiyyəti əcnəbi yazıçının –Azərbaycan liderləri ilə əlaqədar əvvəlki kitabları ilə bağlı iş prosesi zamanı ölkəmizə və xalqımıza qəlbilə bağlanan şəxsin olmasıdır.

Kitab üzərində iş zamanı Qrem Uilson London, Paris və Vaşinqtondakı tarixi arxiv materiallarını öyrənib, eləcə də bütün dünyada müstəqil və şəxsi arxivləri də araşdırıb.

“Tədqiqat işi üçün istənilən layihə zamanı dünya arxivlərinə daxil olduqda Azərbaycanla bağlı məlumatın olub-olmamasını yoxlamağa vərdiş etmişəm. Həmin vaxtlardan Azərbaycan Demokratik Respublikası ilə bağlə çoxlu materiallar əldə etdim”, - bunu müəllif 1news.az-a söhbəti zamanı bildirib.

“Əldə etdiyim bütün materialları dərc etmək üçün ADR-in 100 illik yubileyi yaxşı fürsət oldu”, - deyə Uilson sözlərinə əlavə edib.

Müəllifin sözlərinə görə, kitab XX əsrin əvvəllərində Cənubi Qafqaz tarixilə bağlı heç bir məlumatı olmayan kənar oxucunu cəlb etmək məqsədilə asan və əlçatan formada yazılıb:

“Ümid edirəm ki, kitab dünyanın nəzərində Azərbaycanı, eləcə də azərbaycanlı olmağı anlamağa geniş imkan yaradacaq”.

Müəllifin sözlərinə görə, hazırki nəşr əvvəlkilərində olmayan dərclərlə fərqlənir, bunların arasında 1918-ci ilin sonlarında hadisələrin – Birinci Dünya müharibəsinin sonu, Rusiya İmperiyasında inqilablar, Cənubi Qafqazda müsətiqillik hərəkatı cərəyan etdiyi bir dövrdə xidmət etmiş ingilis məmurun Bakıdakı dostuna yazdığı silsilə məktubları qeyd etmək olar.  

“Bu ingilis məmur təsadüfi olaraq 1918-ci ilin martında Bakıda azərbaycanlıların erməni-daşnaklar tərəfindən kütləvi qətli baş verən faciəvi hadisələrin şahidi olur. O, öz evində bir neçə azərbaycanlı ailəni gizlədənlərdən biri olur”, - Qrem Uilson bildirir.

Müasir Azərbaycan üçün ADR-in demokratik irsinin qorunub saxlanılmasından danışarkən Qrem Uilson 1990-cı illərdə ölkəyə rəhbərlik etmiş, yeni Azərbaycanın qurucusu olan Ümummili lider Heydər Əliyevin rolunu da xüsusi vurğulayır:

“Müstəqil Azərbaycanın bayrağı kimi ADR-in bayrağının seçilməsilə yanaşı, Heydər Əliyev öz xalqının irsini də seçdi”.

Müəllif həmçinin ona göstərilə köməkliyə görə, Azərbaycanın ictimai xadimləri və elmi işçilərini dəstəyini yüksək qiymətləndirib. Bunların arasında o, tarixçi və akademik Nərgiz Axundova, “Bakinskiy raboçi” və 1news.az informasiya agentliyinin baş redaktoru Rəhman Hacıyevin, eləcə də Prezident Kitabxanasının rəhbəri Mail Axundovu və digərlərinin rolunu xüsusi qeyd edib.

Qre Uilsonun yeni kitabı hələlik ingilis dilində təqdim olunub. Lakin payızda kitabın Azərbaycan dilinə tərcüməsi yekunlaşacaq. Kitab bir çox iri internet-mağazalar, eləcə də məşhur elektoron kitablar üçün əlçatandır.

Tədbirdə qonaqlar arasında Milli Məclisin deputatları: Səməd Seyidov, Sahibə Qafarova, Hadi Rəcəbli, Prezident Kitabxanasının rəhbəri Mail Axundov, “İki sahil” qəzetinn baş redaktoru Vüqar Rəhimzadə, SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov, politoloqlar: Tofiq Abbasov və Fikrət Sadıxov, Ali & Nino mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli, Azərbaycan Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, SOCAR Turkey-in rəhəbəri Zaur Qəhrəmanov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov və başqaları da iştirak ediblər.

Kitab Dubayda, “Media Prima” nəşriyyatı tərəfindən nəşr edilib.

Yelena Ostapenko

FOTO BY MALTUS

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2035

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər