BP Xəzərdə qazma və mühəndis-layihələndirmə işləri üzrə müqavilənin müddətini uzadıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

BP Xəzərdə qazma və mühəndis-layihələndirmə işləri üzrə müqavilənin müddətini uzadıb

13:33 - 16 / 04 / 2019
BP Xəzərdə qazma və mühəndis-layihələndirmə işləri üzrə müqavilənin müddətini uzadıb

Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının və “Şahdəniz” qaz yatağının operatoru kimi BP şirkəti aprelin 16-da Azərbaycanda qazma və mühəndis-layihələndirmə işləri üzrə müqavilənin müddətini əlavə 500 milyon ABŞ dolları dəyərində uzatdığını elan edib.

1news.az-ın məlumatına görə, “BP Azerbaijan”dan bildirilib ki, yeni müqavilə “KCA Deutag” şirkəti ilə SOCAR AQŞ-nin birgə müəssisə olan “Turan Drilling & Engineering Company” MMC ilə imzalanıb. Bu, Xəzər regionunda operator qismində çıxış edən BP şirkətinin yerli tərəfdaşı olan şirkətlə bağladığı digər bir iri müqavilədir. Həmçinin bu, BP və tərəfdaşlarının regionda fəaliyyətə başladığı vaxtdan prioritet sahə kimi yerli potensialın yaradılmasına və yerli bazarın gücləndirilməsinə töhfə verməklə, yerli resurslardan istifadənin inkişaf etdirilməsi üzrə həyata keçirdiyi uğurlu strategiyaya söykənir. Həmin müqavilə BP ilə tərəfdaşlarının hökumət və SOCAR ilə sıx əməkdaşlıq edərək Xəzərdəki ehtiyatların daha səmərəli və rəqabətədavamlı şəkildə işlənməsinə dair biznes məqsədlərinə uyğundur.

Müqavilə BP tərəfindən idarə olunan 7 platformanın qazma qurğusu, o cümlədən “Mərkəzi Azəri”, “Şərqi Azəri” və “Qərbi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq”, “Çıraq” və “Şahdəniz” qurğuları üzrə dənizdə istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir. Müqavilənin ilkin müddəti iki dəfə 1 illik müddətə uzadılma imkanı olmaqla 5 il təşkil edir .

“BP Azerbaijan”ın quyular üzrə vitse-prezidenti Mayk Zanqi deyib: “Biz “KCA Deutag” şirkətinin və SOCAR AQŞ-nin birgə müəssisəsi ilə bu müqaviləni imzalamaqdan məmnunluq duyuruq. Xəzər regionunda uzun müddətdir təhlükəsiz və səmərəli şəkildə fəaliyyət göstərən operator kimi biz “KCA Deutag” şirkətinin beynəlxalq təcrübəsinin və Xəzər regionundakı 20 ildən çox iş təcrübəsinin SOCAR AQŞ-nin Xəzərə dair dərin bilikləri və Xəzərdə qazma sahəsindəki aparıcı fəaliyyəti ilə birləşməsini alqışlayırıq. BP regiondakı 27 illik uğurlu fəaliyyəti çərçivəsində Xəzərdə dünya səviyyəli platformaların istismarını həyata keçirir. Ümid edirik ki, yeni müqavilə əməyin təhlükəsizliyi, yerli bacarıqların inkişaf etdirilməsi, xərclərin səmərəliliyi, rəqabətə davamlılıq və qlobal sənaye standartları üzrə götürdüyümüz davamlı öhdəliyimizi dəstəkləyəcək”.

1news.az

Paylaş:
509

Son xəbərlər

Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43
Bütün xəbərlər