BP-nin vitse prezidenti BANM-da master-klass keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

BP-nin vitse prezidenti BANM-da master-klass keçib

10:05 - 06 / 12 / 2017
BP-nin vitse prezidenti BANM-da master-klass keçib

Bakı Ali Neft Məktəbində (BANM) BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəylı master-klass keçib.

1news.az-a  BANM-dan verilən məlumata görə görüşdə Ali Məktəbin rektoru Elmar Qasımov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

“Menecment, liderlik və motivasiya” adlı master-klassda vitse-prezident ilk öncə tələbələrə təhsilin əhəmiyyətindən  danışıb və BANM-də təhsil aldıqları üçün çox şanslı olduqlarını vurğulayıb. Cənab Aslanbəyli təhsili bitirdikdən sonra gələcək yolun planlaşdırılmasından, peşəkar və şəxsi inkişafdan, karyeraya gedən yolun qiymətləndirilməsindən danışıb və tələbələrə horizontal və vertikal inkişafın xüsusiyyətlərini izah edib.

Görüş zamanı tələbələr liderlik xüsusiyyətləri, BP kimi transmilli şirkətlərin işə qəbul zamanı namizədlərdə görmək istədikləri peşəkar və şəxsi keyfiyyətləri, təhsil və karyeranın vaxtında və düzgün planlaşdırılması kimi mövzularda geniş informasiya əldə ediblər.

 Tədbirin sonunda rektor Elmar Qasımov BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə öz təşəkkürünü bildirib və BP-ni BANM-in ən yaxın partnyoru olduğunu vurğulayıb. Tələbələr isə peşəkar və şəxsi inkişaflarına dair onları maraqlandıran sualları cənab Aslanbəyliyə ünvanlayıblar.

 Qeyd edək ki, BP-nin AGT üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli eyni zamanda Bakı Ali Neft Məktəbinin baş müəllimidir və Ali Məktəbin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələrinə dərs deyir.

 1news.az

 

Paylaş:
541

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər