1news.az

“Bozbash pictures” dağıldı? – VİDEO

15 Oktyabr saat 12:09 ~ 1 dəqiqəlik oxu 1576
“Bozbash pictures” dağıldı? – VİDEO

"Bozbash pictures" komandası artıq fəaliyyətinə son qoyub. 

1news.az-ın Axşam.az-a istinadən verdiyi xəbərə görə, bu haqda aktyor-aparıcı İlkin Həsəni "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib:

"Buradan deyim ki, "Bozbash pictures" həftəlik fəaliyyətini dayandırıb. Belə mövzular olanda hamı fikirləşir ki, onların da komandası dağıldı. Amma biz dağılmamışıq. Mövsüm sonrası müəyyən bir fasilə vermişik. Daha möhtəşəm, ciddi hazırlaşmaq, bir də tamaşaçıları darıxdırmaq üçün.

Üzərimizə ailə məsuliyyəti gəlib. Bizi gözləyən, darıxdığımız insanlar, uşaqlar var".

Qeyd edək ki, Fəlakət kimi tanınan Elşən Orucov yeni filmə çəkilib. Ekran işinin Şöşüsü Ramil Babayev isə aparıcı kimi fəaliyyətini davam etdirəcək.

 

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Şou-biznes BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net