“Böyük təmizləmə”: Oliqarxlardan alınmış milyonlar Ermənistandakı böhrana kömək edəcəkmi? | 1news.az | Xəbərlər
Ermənistan

“Böyük təmizləmə”: Oliqarxlardan alınmış milyonlar Ermənistandakı böhrana kömək edəcəkmi?

16:17 - 28 / 06 / 2018
“Böyük təmizləmə”: Oliqarxlardan alınmış milyonlar Ermənistandakı böhrana kömək edəcəkmi?

Ermənistanda dövlət əmlakının mənimsənilməsı və talan, ağır cinayətlər törədən köhnə rejimin nümayəndələri və onlara yaxın şəxslərin sayı günbəgün artır.

Yaxın günlərdə erməni ictimaiyyətinin gündəmində “qəhrəman” general Manvel Qriqoryanın törətdiyi cinayətlərin yeni tükürpədici faktları ortaya çıxıb. Onun adına açılmış cinayət işinə bir sıra erməni şirkətləri və nüfuzlu xeyriyyə fondları da qoşulub.

Ərindən sonra Qriqoryanın arvadı da Ermənistanın Xüsusi Xidmət Orqanları tərəfindən həbsinə qərar verilib. Həmçinin Qriqoryanın oğlu, Eçmiədzinin sabiq meri Karen Qriqoryan da təqsirli bilinir.

Ermənistan gömrüyünün monopoliyasını ələ keçirmiş – “Norfolk Consulting” şirkətində vergidən yayınma və saxtakarlıq halları aşkar edilib. Şirkət daha çox gömrük bəyannamələrini “özləri həll” etməklə, imtina edənlərdə isə problem yaratmaları ilə səs salıblar. Şirkətin baş direktoru “Qazprom Ermənistan”ın baş mühasibi Armen Unanyan, rəhbərləri isə sabiq maliyyə naziri Vardan Aramyan və sabiq baş nazir Karen Karapetyan idi.

Ofisdə və Unanyanın evində axtarış zamanı məlum olub ki, “Norfolk Consulting” bəyannamələrdə məhsulların adını dəyişərək saxta sənədlər tərtib edib və Ermənistanın keçmiş rəhbərliyinin himayədarlığından sui-istifadə edib. Doqquz ay fəaliyyət göstərdikləri halda şirkət yeddi milyon dolları mənimsəyib. Baş direktorun evində axtarış zamanı məlum olub ki, yarım milyon da nağd saxlanılıb. Armen Unanyan öz günahını boynuna alaraq vurduğu ziyanı ödəyir.

Həm qohum, həm qardaş

İfşalar sabiq prezident Serj Sarkisyan və ona yaxınlarına da çatıb. Onun doğma qardaşı, parlamentin eks-deputanı Aleksandr (Saşik) Sarkisyan bazar ertəsi günü qanunsuz silah gəzdirdiyi üçün saxlanılıb.

Daha sonra sərbəst buraxılsa da, bu, onun daha ağır cinayətlərə cəlb olunmayacağına zəmanət vermir. Hələ ötən il Paşinyan baş nazir olmadığı dönəmlərdə parlamentdə Sarkisyanın qardaşının gəlirlərinin mənbəyilə bağlı məsələ qaldırıb.

Maraqlıdır ki, bu il Ermənistanda sürətli kapital axını – 1,25 milyard dollar qeydə alınıb. Sarkisyanın hakimiyyəti illərində bu göstərici 8,5 milyarda dollara yüksəlib.

Saşik Sarkisyan deputat olmadan öncə adi avtobus sürücüsüü olub. Hakimiyyət və pullar onu bu gün o həddə çatdırıb ki, onun ixtiyarında bir neçə qaz doldurma şəbəkəsi, Avropa və ABŞ-da mötəbər daşınmaz əmlak, tikinti şirkətləri var. Həmçinin millətin vəkili parlamentə əyyaş halında gəlirdi.

Son zamanlar isə Saşikin adı kriminal aləmlə – nartotik ticarəti və pulların yuyulmasında hallanıb. Erməni mətbuatına əsasən, Saşik erməni avtoritet Armen Kazaryanla əlbir olaraq Nyu-York və Los-Ancelesdə biznesmenlərə qarşı reketlik edirmiş.  

Hazırda Respublika Partiyasının üzvü Artaşes Qeqamyan jurnalistlərə Saşikin digər kriminal işlərindən də bəhs edib. Robert Koçaryandan ona qalmış qaz doldurma məntəqələrini Saşik digər erməni oliqarx Qaqik Sarukyanla bölüşüb. Qeqamyanın məlumatına görə, Saşik bir zamanlar Sarukyanı aradan götürmək istəyirmiş. Həmin dövrlərdə prezident olan Robert Koçaryan onları barışdırıb.

Sarkisyanların kiçik qardaşı – Levon da cinayət istintaqından yan qaça bilməyib.

Levon Sarkisyan xarici sərmayədarların Ermənistana yatırım etməsilə bağlı dələduzluq sxeminə sahib olub. Belə ki, onun vasitəsilə xarici investorlar evlərin tikilməsinə çoxlu pullar yatıraraq, nəticədə heç nəsiz qalırdılar.

Hazırda o, öz şirkətini qəsdən müflis etməkdə və vergidən yayınmada ittiham olunur. Həmçinin onun hesabına Ermənistan büdcəsinə yarım milyondan çox ziyan dəyib. Belə ki, ona məxsus “CLC proyekt kompani”nin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb.

2013-2017-ci illərdə şirkət dövlət büdcəsinə 147 milyon dram (306 min dollar) həcmində vergidən yayınıb. Lakin həmin borc ödənilib. Həmçinin şirkət 2016-cı ilin ilk rübündə 140 milyon dramın (300 min dollar) vergisini gizlədib. Levon Sarkisyanın oğlu Narek Sarkisyan isə səhmlərin 20%-nə sahibdir.

Axtarış zamanı dövlət büdcəsinə 300 milyon dram həcmində zərər vurulduğu aşkarlanıb.

İyunun 25-də Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini və Serj Sarkisyanın etibar etdiyi şəxslərdən biri Vaçaqan Kazaryan saxlanılıb.

Kazaryana məxsus Yerevanda məşhur gecə klublarından birində axtarış zamanı yarım milyon dollar nağd və həmin miqdarda bahalı saat və  avtovobillər də arvadı Ruzanna Beqlaryanın evində aşkarlanıb.  

Kazaryan bankdan çıxarkən saxlanılıb. Bankda o, 1 milyon dolları nağdlaşdırmaq istəyirmiş. Guya həmin pulları adını açıqlamadığı sahibkara verəcəkdi. 50 min dollar isə onu müşayiət edən “Lexus”da olub.

Sensasiyalı ifşaetmə halları “Yerevan City” supermarketlər şəbəkəsinin rəhbəri, Sarkisyanın seçki kampaniyalarına maliyyə yardımı etmiş deputat Samvel Aleksanyana da toxunub.

Yoxlamalar zamanı məlum olur ki, “Yerevan City” və 11 digər iri pərakəndə şəbəkəsi də fırıldaqçılıq edərək vergidən yayınıb. Məsələ burasındadır ki, Ermənistanda kiçik sahibkarlar üçün verginin sadələşdirilmiş forması mövcuddur: ƏDV əvəzinə onlar 2% dəyərində vergi ödəyirlər. Bundan istifadə edərək supermarket sahibləri yüzlərlə saxta fərdi sahibkarlıq obyektlərini qeydiyyata alırlar. Bununla da onlar iri supermarket sahibləri kiçik sahibkar kimi az vergi ödəyiblər.

Bu sxem illərlə istifadə edilərək dövlətə milyon dollar dəyərində ziyan vurub. Həmçinin, ölkənin keçmiş rəhbərləri və vergi orqanları bu sxemdən xəbərdar olduqları halda, onu ört-basdır ediblər.

Yerevanı kim yarıb?

İfşaların bir qolu Sarkisyanın digər sevimlisi, Yerevan meri Taron Markaryana da toxunub. Meriyanın binasında araşdırma zamanı iri maxinasiya, vəzifədən sui-istifadə etmə halları aşkarlanıb.

Ermənistan müstəntiqləri “Yerevan” fondunda istintaq apardıqları müddətdə, bir sıra jurnalist fərdi araşdırma aparıb. İyirmi dəqiqəlik filmdə müəlliflər Markaryanın bəyannəməsini, onun əmlakı, fiziki səhmləri, qohumarının adına yazılmış maşınları, müxtəlif şirkətlərdə payını öyrənir.  

Yaxın günlərdə erməni mətbuatında onun arvadının – Qayan Sarkisyanın adına güllə zavodunda səhmlərin 50%-nə, Armavirdə 60 ha bağ sahəsinə, tikinti materiallarına, taksi xidmətinə, supermarket, kiosk və reklam agentliyinə sahib olmasından yazıb.

İndi erməni jurnalistlər bu qadının nə qədər “tər” tökərək bunlara sahib olması və Yerevan meriyasının mətbuat xidmətini bunu gizlətməsi düşündürür.

Hazırda Ermənistanda antikorrupsiya araşdırmaları davam edir. Yeni baş nazir Paşinyanın gözündən hətta kiçik sahibkarlar belə yayınmır.

Hətta rus mətbuatı belə Ermənistandakı məşhur adamların ifşalarından yazır. Bununla bağlı Lenta.ru yazır:

“İki ayın yekunu olaraq Ermənistanda antikarrupsiya kampaniyası çərçivəsində dövlət büdcəsinə 35 milyon dollar ödənib. Rəqəm kiçik olsa da, Ermənistanın dövlət büdcəsinin 1%-ni təşkil edir. Həmçinin vergi yığmaları may ayı ərzində 2% artıb. Əgər belə gedərsə ölkə ili profisitlə bitirəcək”.

Ermənistanda baş verənləri analiz edərkən, bir nəticəyə gəlinir ki, burada eks prezidentin ətrafında olan insanlar dolaşıqlıq yaradıb. Lakin bütün yollar erməni korrupsiya sisteminin əsas fiqurantına çıxacaq. Saxlanılanlardan aydın olur ki, bu işin sonu axır-əvvəl kriminal ilə sıx əlaqəsi olan eks prezident Serj Sarkisyana çıxacaq  

Paşinyana gəlincə, aydındır ki, o, “təmizləmə” işləri ilə iki yox, üç dovşan vurmağa çalışır: bir tərəfdən xalq arasında imicini yüksəltmək, bir tərəfdən əvvəlki hökuməti etibardan salmaq, üçüncü tərəfdən isə boşalmış dövlət büdcəsini doldurmaq.

Qriqoryanın qurbanlarından biri: Onlar qardaşımın bədən hissələrini göndərəcəkləri ilə hədələdilər - FOTO

Qriqoryanın həbsi: Bütün dünya “Qarabağ klanının” cinayətkarlığının şahidi oldu – FOTO – VİDEO

“Yeni Ermənistanın” üzü: Don Pipo kimdir və o, Paşinyanı necə qorxudub?

Əks-inqilabın qanlı simvolu – Robert Koçaryan

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1119

Son xəbərlər

Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18
Bütün xəbərlər