Böyrəklərdə daş niyə yaranır? - 5 əsas amil | 1news.az | Xəbərlər
Cəmiyyət

Böyrəklərdə daş niyə yaranır? - 5 əsas amil

13:40 - 12 / 07 / 2019
Böyrəklərdə daş niyə yaranır? - 5 əsas amil

Sidik tərkibinə görə  mineral və duzlarla zəngindir. Bu duzlar qandan fiktrasiya olunur. Sidikdə kalsium, fosfor və digər maddələr normadan çox olduqda, böyrək ləyəni və sidik kisəsində çöküntü, kristal və nəhayət daş yarana bilər.

Onlar getdikcə böyüyüb sərtləşir və bütün böyrək strukturunda olur. Bəzi növ daşlar böyrəkdə olsa da heç bir problem yaradır. Bəzən isə daş hərəkət edib sidik kanalına düşür. Əgər o ölçüsü uyğun olsa, hərəkətə davam etsə, sidiklə orqanizmdən xaric ola bilər. Yox əgər ölçüsü, forması böyük olsa, sidik axarında ilişir, sidiyin yolunu kəsir, bununla da ağrı başlayır.

1news.az medicina.az-a istinadən böyrəklərdə daş yaradan səbəbləri təqdim edir.

Alimlər qidalanma, su maye rejimi, piylənmə, iltihab və maddələr mübadiləsi pozğunluğuna diqqət yönəldib. Hazırda tibb daşın yaranma səbəblərini öyrənib, amma bütün mexanizmlər tam açılmayıb.       

Böyrəklər böyük adamın öz yumruğu boyda  olan cüt orqandır. O, qanı süzərək, filtr rolunu oynayıb, sidik əmələ gətirir.  
Böyrəklər orqanizmdə maye mübadiləsini tənzimləyir. Sağlam böyrək qanı şlak, duz və zərərli maddələrdən təmizləyir.   Onlar natrium, kaliy və kalsiumu qanda tənzimləyir.   

Böyrəklər sidiyi sudan hasil edir, bu suyu da qan gətirir. Ona görə maye azlığı olduqda böyrəklərə az su gəlir və onların işi üçün yetərli olmur.

Neçə növ daş olur?

Tibdə konqramentlər adlanan böyrək daşları müxtəlif rəng, struktur və növdə olur.

Daşların necə olması xəstənin qidalanması, yaşı, maddələr mübadiləsi, su rejimi, həyat tərzi ilə bağlıdır. Amma 70% hallarda kalsi tərkibli daşlar formalaşır. Öz növbəsində kalsium daşlar da fosfat və ya oksalat növlərə bölünür.
Maddələr mübadiləsi pozulduqda, düzgün işləmədikdə hətta kalsium miqdarı normal olan insanda da kalsiyumlu daşlar yarana bilər.

Urat daşları: sidik turşusunun kritstalları sidikdə yaxşı həll olmur və daş yaranır.

Turş sidik sindromu kimlərdə olur: qidalanmasında purinlər çox olanlarda, piylənmə, artıq çəki, II tip şəkər xəstələrində, heyvan mənşəli zülallar yeyənlərdə, podaqrası olanlarda, az meyvə-tərəvəz yeyənlərdə.

Struvit daşlar - az rast gəlinir. Böyrək və sidik kisəsində xroniki iltihab, infeksiya, bakteriyalar səbəbindən yaranır. İflicli, dağınıq skleroz, onurğa xəstəlikləri, xroniki böyrək çatışmazlığı, sidik kanalında kateteri olanlarda çox rast gəlinir.
Daş olmasının əlamətləri

Sidik kisəsi daş xəstəliklərində əlamətlər bəzən özünü göstərmir, hər şey sakit gedir. Yalnız yerini dəyişib böyrəyi tərk edəndə ağrı başlayır.
Daş uzun müddət sidik yolunda tıxanıqlıq yaradanda böyrək genişlənməsi - hidronefroz yaradır.

Böyrək daşı ağrısı kəskin olub, sancılarla başlayır. Ağrılar belə, mədəyə, qarına, ayaqlara yayıla bilir. Ağrılar bədən daşı özündən uzaqlaşdırmaq istədikcə lap kəskinləşir.

Tez-tez, amma az sidiyə getmə, sidiyin çox tünd, qırmızı kimi olması, qan görünməsi, ürəkbulanma, qusma halları olur.

Diaqnoz

İldə bir dəfə böyrəklərin USM və ya rentgeni olunsa, sakit lal daşlar aşkarlana bilər. Kəskin tutmalar zamanı isə dərhal həkimə getmək, USM, rentgen və analizlər etmək lazımdır. Daşın yerləşməsini, ölçüsünü dəqiqləşdirirlər. Daha sonra spazmaqoliklər, maye qəbulu, ağrıkəsicilər və sidik kanalını genişləndirici və iltihab əleyhinə dərmanlar yazılır.

1news.az

Paylaş:
3462

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər