1news.az

Bosra-al-Şamda Suriya bayraqları qaldırılıb

18 İyul saat 09:46 ~ 1 dəqiqəlik oxu 166
Bosra-al-Şamda Suriya bayraqları qaldırılıb

Suriya bayraqları cənub-qərbində yerləşən Dera əyalətinin azad edilmiş Bosra-al-Şam qəsəbəsində qaldırılıb.

1news.az xarici mediaya istinadla xəbər verir ki, hazırda qaçqınlar aktiv şəkildə əraziyə qayıdırlar.

Müharibə səbəbi ilə təxminən on üç min ailə vilayəti tərk edib, onların dörd mini İordaniya sərhədində yerləşib. İndi isə demək olar ki, hamısı evlərinə qayıdıblar.

Qubertator Muhammed Xalid Hannusun sözlərinə görə, qaçqınların geri qaytarılması üçün bütün mümkün tədbirlər görlür:

Strateji əhəmiyyətli nöqtə olan Busra -al-Şam Suriyanın cənubunda terrorçuların ən böyük qalalarından biri idi. Ərazi İordaniya ilə sərhəddin iyirmi kilometrliyində,  Dera və Suveyda əyalətləri arasında yerləşir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net