BMT-nin baş katibi Xəzərin statusu haqqında Konvensiyanın imzalanmasını alqışlayır
BMT-nin baş katibi Antonio Quterreş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayıb və onu region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırıb.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə A.Quterreşin mətbuat üçün yayılan bəyanatında qeyd olunub.
Baş katib bildirib ki, bu tarixi sənəd beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri olan regional əməkdaşlığın vacibliyini nümayiş etdirir. Konvensiya Xəzər dənizinin sahil dövlətləri arasında çoxdankı problemin geniş spektrinin nizamlanması üçün əvəzsiz bir alət, həmçinin regional gərginliyin aradan qaldırılmasında əhəmiyyətli addım olacaq.
S.Xankişiyeva
547