Blogger Mehman Hüseynov sərbəst buraxılıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Blogger Mehman Hüseynov sərbəst buraxılıb – YENİLƏNİB

16:40 - 10 / 01 / 2017
Blogger Mehman Hüseynov sərbəst buraxılıb – YENİLƏNİB

Nəsimi Rayon Məhkəməsində blogger Mehman Hüseynovun işi üzrə məhkəmə keçirilib. 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynov 200 manat məbləğində cərimələnərək, sərbəst buraxılıb.

12:58

“Mehman Hüseynov vətəndaşı təhqir etdiyi üçün polislər onu saxlayıb”.

1news.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Təhməzov Əkrəm Əhliman oğlu adlı şəxs polisə bildirib ki, dünən saat 19:00 radələrində “Torqovaya” adlanan yerdə (Nizami küçəsində) iş tapmaq üçün gedərkən Mehman Hüseynov onun yanından keçib və çiyni ilə onu vurub.

Həmin şəxsin sözlərinə görə, o, irad bildirəndə Mehman Hüseynov onu söyüşlə təhqir edib:

"Hadisə yerinə polislər gəlib. Guya, Mehman polislərin əmrinə tabe olmayıb və onların ünvanına da nalayiq ifadələr işlədib. Nəticədə polislər hadisə yerinə əlavə qüvvə çağırıblar. 4 polis M.Hüseynovu saxlayaraq Nəsimi Rayon Polis İdarəsinə təhvil veriblər”.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə iş açılıb. Hazırda iş Nəsimi Rayon Məhkəməsindədir. İşə hakim Babək Pənahov baxacaq.

12:30

Bloqqer Mehman Hüseynov polisə müqavimət maddəsi ilə saxlanılıb.

1news.az xəbər verir ki, M.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) saxlanılıb.

Hazırda Nəsimi Rayon Məhkəməsində işə baxılır.

Qeyd edək ki, bu maddə üzrə cəza aşağıdakı kimidir:

“Fiziki şəxslər yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur”.

11:53

Dünəndən etibarən bloqqer Mehman Hüseynovun itkin düşdüyü barədə sosial şəbəkələrdə məlumatlar paylaşılırdı.

1news.az xəbər verir ki, vəkil Elçin Sadıqov məsələ ilə bağlı məlumat verərək Mehman Hüseynovun polis tərəfindən saxlanıldığını bildirib:

“Mehman Nəsimi Rayon 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda Nəsimi Rayon Məhkəməsinə aparılır”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov 1news.az-a bildirib ki, saxlanılma barədə dəqiq məlumatı yoxdur:

“Ola bilsin ki, asayişi pozub, polislər də saxlayıblar”.

Fərid Ədalət

Paylaş:
8640

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər