Birinci vitse-prezidentin köməkçisi Çində səfərdə olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Birinci vitse-prezidentin köməkçisi Çində səfərdə olub - FOTO

10:59 - 24 / 11 / 2017
Birinci vitse-prezidentin köməkçisi Çində səfərdə olub - FOTO

Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində bir sıra təşkilatlarla əməkdaşlıq perspektivlərini müzakirə edib.

Fonddan 1news.az-a verilən məlumata görə, noyabrın 23-də Fondun icraçı direktoru Anar Ələkbərov Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədri xanım Li Syaoli, cəmiyyətin sədr müavini Sun Tsizinvu ilə görüşüb. Görüşdə Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin fəaliyyət istiqamətləri, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Anar Ələkbərov Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Çin Xalq Respublikası ilə ikitərəfli əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Yaxın dostluq münasibətlərinin gələcəkdə daha da genişləndirilməsi üçün Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyəti ilə əməkdaşlığa Heydər Əliyev Fondunun dəstək göstərməyə hazır olduğu qeyd edilib. Anar Ələkbərov gələcək layihələrin müzakirəsi məqsədi ilə xanım Li Syaolini Azərbaycana dəvət edib. 

Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədri Li Syaoli Azərbaycan ilə əlaqələrin genişlənməsi üçün hərtərəfli imkanların olduğunu bildirib. Cəmiyyətin sədri Li Syaoli məmnuniyyətlə Azərbaycana səfər edəcəyini qeyd edib.

Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı eyni zamanda iki ölkənin sürətlə inkişafı və gələcəkdə bütün sahələrdə birgə əməkdaşlığın reallaşdırılması barədə danışaraq, Heydər Əliyev Fondunun nəzərdə tutulan layihələrinin ölkələr və xalqlararası münasibətlərin daha da yaxınlaşmasına xidmət göstərəcəyini bildirib. Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin bu istiqamətdə geniş imkanlara malik olduğu qeyd edilib.

Görüş zamanı Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyəti arasında dostluq və əməkdaşlıq haqda memorandum imzalanıb. 

Daha sonra  Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin muzeyi ilə tanışlıq olub.

Həmin gün Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Çin Beynəlxalq Ticarətin Təbliğatı Agentliyinin sədr müavini Ven Sizinçjen ilə görüşüb. Danışıqlar zamanı Bakı Ekspo 2025-in təqdimatı olub, eyni zamanda Pekin 2019 Bağçılıq Eksposu ilə bağlı müzakirələr aparılıb. Çin Beynəlxalq Ticarətin Təbliğatı Agentliyinin sədr müavini Ven Sizinçjen Bakı Ekspo 2025-in təqdimatı və Azərbaycanın Pekin 2019 Eksposunda iştirakına qərar verdiyinə görə məmnunluğunu bildirib. Pekin Ekspo 2019 və Bakının Ümumdünya Ekspo 2025-ə namizədlik məsələləri ilə bağlı davamlı müzakirə barədə razılıq əldə olunub.

1news.az

 

Paylaş:
888

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər