Birinci vitse-prezident Binəli Yıldırım ilə görüşüb - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Birinci vitse-prezident Binəli Yıldırım ilə görüşüb - FOTO - YENİLƏNİB

16:53 - 15 / 03 / 2018
Birinci vitse-prezident Binəli Yıldırım ilə görüşüb - FOTO - YENİLƏNİB

Azərbaycan birinci vitse-prezidenti Mehriban Əliyeva martın 15-də Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Türkiyənin Baş naziri Binəli Yıldırıma Bakı Forumunda məzmunlu çıxışına görə minnətdarlıq edən Azərbaycanın Birinci vitse-prezidenti ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin nümunəvi olduğunu, Azərbaycanda bu münasibətlərə böyük hörmətlə yanaşıldığını bildirdi.

Azərbaycan və Türkiyənin bir-birini beynəlxalq qurumlarda dəstəklədiyini qeyd edən Mehriban Əliyeva Azərbaycan xalqının və dövlətinin bu dəstəyi hər zaman duyduğunu və yüksək qiymətləndirdiyini vurğuladı.

Birinci vitse-prezident hər iki ölkənin təşəbbüsü və dəstəyi ilə reallaşdırılan irimiqyaslı layihələrin həm region, həm də Avropa üçün önəmini diqqətə çatdırdı. Bildirdi ki, bu layihələrin uğurunun təməlində dostluq və qardaşlıq münasibətləri dayanır. “Ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əlaqələr qurulub. Bu əlaqələr gündən-günə möhkəmlənir”, - deyən Mehriban Əliyeva qeyd etdi ki, birgə fəaliyyətimiz gələcəkdə də öz bəhrəsini verəcək. Azərbaycanın Birinci vitse-prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin ölkəmizin ədalətli mövqeyini müdafiə etməsinə və dünya ictimaiyyətinə çatdırmasına görə minnətdarlığını bildirdi.

Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında tezliklə həll olunacağına əminliyini ifadə etdi. Mehriban Əliyeva Azərbaycan və Türkiyə xalqları arasında dostluq münasibətlərinə heç nəyin xələl gətirə bilməyəcəyini vurğuladı.

Türkiyənin Baş naziri VI Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirərək Azərbaycanın Türkiyə üçün qardaş və dost ölkə olduğunu bildirdi. “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, - deyən Binəli Yıldırım qardaşlıq münasibətlərinin ildən-ilə daha da möhkəmləndiyini vurğuladı. Bildirdi ki, reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələri həm iqtisadi gücümüzü artırır, həm də ölkələrin bir-birinə yaxınlaşmasına xidmət edir. Binəli Yıldırım qarşılıqlı sərmayə qoyuluşlarının önəmini vurğuladı, iş adamlarının fəaliyyətini yüksək qiymətləndirdi. Türkiyənin Baş naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini bütün beynəlxalq qurumlarda hər zaman dəstəkləyəcəklərini söylədi.

S.Xankişiyeva

1news.az

Paylaş:
669

Son xəbərlər

Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10
Bütün xəbərlər