Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır – Hicran Hüseynova | 1news.az | Xəbərlər
Siyasət

Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır – Hicran Hüseynova

09:31 - 21 / 02 / 2019
Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır – Hicran Hüseynova

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tarixdə iz qoymuş vətənpərvər, maarifpərvər qadınlarımızın nümunəvi fəaliyyətini yeni keyfiyyətdə, həm də ləyaqətlə davam etdirir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova deyib.

H.Hüseynova qeyd edib ki, alicənablıq, insanpərvərlik, kübarlıq kimi yüksək insani dəyərlərə, yüksək erudisiyaya sahib olan Mehriban Əliyeva zəngin və çoxşaxəli fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin hörmət qazanıb:

"Birinci vitse-prezident ölkənin inkişafına öz layiqli töhfələrini verir. “Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam” - Mehriban xanımın həyat fəlsəfəsinin əsasını bu fikirlər təşkil edir. Onun bütün təşəbbüslərinin, gerçəkləşdirdiyi layihələrin mərkəzində insan amili dayanır. Mehriban Əliyevanın simasında vətəndaşlarımız köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görürlər. Birinci xanım minlərlə insana, xüsusilə uşaq və qadınlara sağlamlığını və ümidini qaytarır".

O əlavə edib ki, Mehriban Əliyeva Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir: "Birinci vitse-prezident valideyn qayğısından və himayəsindən məhrum olmuş, eləcə də sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir. Mehriban xanımın şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir".

Dövlət Komitəsinin sədri bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın müstəqil dövlətimizin möhkəmlənməsi yolunda fəaliyyəti öz bəhrəsini verməkdədir:

"Vaxtilə Azərbaycana məkrli münasibət bəsləyən ölkələr indi tamamilə fərqli yanaşma nümayiş etdirirlər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, eləcə də fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, azərbaycanlılara qarşı törədilən soyqırımların dünyaya çatdırılmasında, təbliğ olunmasında rolu böyükdür. Həmçinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünya dövlətləri tərəfindən tanınması istiqamətində aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Mehriban Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özəlliklərini dünyada böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir".

H.Hüseynova qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti sivilizasiyaların dialoquna həqiqətən də müstəsna töhfə verib: "Mehriban xanım Qərbdə Şərqin qeyri-rəsmi elçisidir və klassik Qərb dəyərlərinin vətəni olan Avropanı Asiyada və öz Vətənində təmsil edir. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edir. Azərbaycanın özündə isə Mehriban xanımın təşəbbüsü ilə məscidlər, katolik və pravoslav kilsələri, sinaqoq tikilir və ya əsaslı bərpa olunur. Məsələn, Gəncədəki “İmamzadə” dini kompleksi yenidənqurma işlərindən sonra bütün müsəlman dünyasından ziyarətçilərini qəbul etməyə başlayıb. Yeri gəlmişkən xatırladaq ki, bu yaxınlarda “İmamzadə” kompleksində Mehriban Əliyevanın adından 1000 nəfər üçün ehsan süfrəsi verilib".

Komitə sədri hesab edir ki, Mehriban Əliyevanın bütün bu layihələri böyük həssaslıqla, ən kiçik təfərrüatlarına, incəliklərinə qədər izləməsi, proseslərin içində olması onun özünəməxsus iş üslubuna, xarakterə malik olduğunun aydın göstəricisidir.

O vurğulayıb ki, Birinci vitse-prezident ictimai düşüncədə “bir çox sosial problemləri yalnız dövlət həll etməlidir” kimi stereotipi dəyişdirməyə cəhd etdi və cəmiyyətin bütün təbəqələrinin kənar müşahidəçi mövqeyindən konkret fəaliyyətə keçməsinə nail oldu:

"Bu, çox önəmli məsələdir. Mehriban xanım öz fəaliyyəti ilə insanlarda sosial məsuliyyət hissini artırdı və vətəndaşları ictimai işlərdə fəal olmağa sövq etdi. Artıq bu gün xeyli sahibkarlıq strukturları, təşkilatlar xeyriyyə işləri görür və bunu bir borc kimi qəbul edirlər. Nə üçün xalq ölkənin Prezidentini və Birinci vitse-prezidenti bu qədər sevir? Çünki vətəndaşlar cənab Prezident İlham Əliyevin və Mehriban Əliyevanın timsalında onların istəkləri, problemləri ilə maraqlanan, protokol çərçivəsindən kənara çıxmağı, hər bir ciddi problemə münasibət bildirməyi bacaran insanları görürlər. Onlar daim əhalinin yanındadırlar, ünsiyyətdən çəkinmirlər, əksinə, insanların görüşünə can atırlar. Bu, onu göstərir ki, xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa ictimaiyyət onu qəbul etməyəcək. Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və geniş fəaliyyətinin təməlində məhz xalqa layiqli xidmət məramı dayanır!"

S.Xankişiyeva

 

Paylaş:
507

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər