Binəli Yıldırım Qarabağ qazisinə hədiyyə verib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəli Yıldırım Qarabağ qazisinə hədiyyə verib – FOTO

12:49 - 16 / 03 / 2018
Binəli Yıldırım Qarabağ qazisinə hədiyyə verib – FOTO

Qarabağ müharibəsində gözünü və ayağını itirən Azərbaycan qazisi kapitan Kamil Musəvi Bakıda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla görüşüb.

1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, VI Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana gələn baş nazirlə qazi arasında səmimi söhbət olub.

B.Yıldırım Qarabağ müharibəsində ayağını və gözünü necə itirdiyini izah edən Musaviyə əzmindən və iddiasından heç bir şey itirmədiyini söyləyib. Qazinin “ayaqsız və gözsüz yaşamaq mümkün olsa da, vətənsiz yaşamaq mümkün deyil” sözləri naziri duyğulandırıb.

Kamil Müsəvinin Türkiyənin “Zeytun budağı” əməliyyatı haqqında hazırladığı videonu izlədiyini deyən Yıldırım “İnşallah, Qarabağ da bir gün düşmənlərdən təmizlənər” ifadələrini işlədib.

Kapitan Müsəvi söhbət əsnasında kitablardan oxuduğu Çanaqqala savaşında türk və fransız əsgəri arasında yaşanan hadisəni xatırlayıb.

Bildirib ki, Çanaqqala savaşı zamanı bir türk əsgəri paltarını cıraraq yaralı olan fransız əsgərinin yarasını sarıdı. Türk əsgəri deyib ki, fransızın cibindən qadın şəkili düşdüyünü görüb. “Anasının şəkili olduğunu düşündüm. Onun gözləyəni var idi. Mənim isə yox. Ona görə həmin əsgərə kömək etdim” sözlərini xatırladıb.

Qazi hadisəni davam edərək bildirdi ki, fransız generallarından biri hərb tarixində belə bir hadisənin analoqunun olmadığını deyib.

Görüşdən sonra baş nazir qazi Müsəviyə Türkiyə və Azərbaycan bayraqlarının əks olunduğu lövhə və öz təsbehini hədiyyə edib.

S.Xankişiyeva

 

Paylaş:
782

Son xəbərlər

Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42
Bütün xəbərlər