Binəli Yıldırım: Biz gələcək nəsillər üçün sabitlik və sülhü təmin etməliyik | 1news.az | Xəbərlər
Siyasət

Binəli Yıldırım: Biz gələcək nəsillər üçün sabitlik və sülhü təmin etməliyik

11:15 - 15 / 03 / 2018
Binəli Yıldırım: Biz gələcək nəsillər üçün sabitlik və sülhü təmin etməliyik

Azərbaycan dialoqu təşviq etmək üçün 2012-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini yaradıb və qısa müddətdə 100-dən artıq dövlət və hökumət başçısının bir araya gəlməsini təmin edib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Nizami Gəncəvi yaradıcılığının əhəmiyyətindən bəhs edən B. Yıldırım bildirib ki, Nizami Gəncəvi dünyadakı problemlərin çözümünun alimlərdə olduğunu söyləyib:

“Bu baxımdan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın aktual problemlərinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib. Bu dəfə Forumda müzakirəyə çıxarılacaq “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusu aktualdır. Hər bir məsələnin mərkəzində insan var. Biz gələcək nəsillər üçün sabitlik və sülhü təmin etməliyik. Bunun üçün iqtisadi sahədə uçurumlar aradan qaldırılmalıdır.

Təəssüf ki, reallıqlar bu sahədə optimist olmağa əsas vermir. Bu iqtisadi uçurumların aradan qaldırılması üçün böyük səy göstərilməlidir. Bu gün dünyada bir tərəfdən müasir texnologiyanın, süni intellektin inkişaf etməsi, digər tərəfdən iş sahələrinin sürətlə dəyişməsi müsbət haldır. Ancaq bunun bütün ölkələrə faydalı olması üçün regional və qlobal əməkdaşlığa ehtiyac var. Bir ölkənin geri qalması, digərinin inkişaf etməsi ümumi inkişaf üçün faydalı deyil”.

Türkiyə baş naziri bildirib ki, bu gün dini radikalizm, islamofobiya kimi hallar artıb:

“Sülh şəraitində yaşayan cəmiyyətlərin olması üçün belə hallara qarşı mübarizə aparılmalıdır. Türkiyə bu yoldadır, sülhsevər, dostları artırmaq, düşmənləri azaltmaq yönündə siyasət həyata keçirir. Bu, terrorizmə qarşı təsirli mübarizə üçün də önəmlidir”.

B.Yıldırım qeyd edib ki, Türkiyə dinlərin və mədəniyyətlərin qovuşma nöqtəsidir:

“Hazırda ölkələrin bir-birindən asılılığının artdığı bir dünyada yaşayırıq. Yalnız birlikdə rifahı təmin etməyimiz mümkün olacaq. Azərbaycan prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan, Türkiyə və Gürcüstan birlikdə Qafqazda böyük əhəmiyyətə malik layihələr həyata keçirib və keçirir. Məsələn, Bakı-Tiflis-Qars dəmir yolu Asiya və Avropanı birləşdirəcək. Bu il TANAP layihəsi də tamamlanacaq və Azərbaycan qazı Türkiyə üzərindən Balkanlara, Avropaya ixrac olunacaq. Bu, ölkələrin enerji təchizatı baxımından mühüm layihədir”.

S.Xankişiyeva

 

Paylaş:
582

Son xəbərlər

Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52
Bütün xəbərlər