Beyni sıradan çıxaran və dəhşətli xəstəliklər yaradan QİDALAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyni sıradan çıxaran və dəhşətli xəstəliklər yaradan QİDALAR

15:36 - 21 / 05 / 2019
Beyni sıradan çıxaran və dəhşətli xəstəliklər yaradan QİDALAR

Gün ərzində qəbul edilən bəzi qidalar beynin sağlamlığına mənfi təsir göstərir. Xüsusilə, beyinə gedən sinir hüceyrələrinin deformasiyasına səbəb olur. Hər bir insanın beynin sağlamlığına mənfi təsir edən bu qidaları tanıması vacibdir.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, sözgedən qidaların 4 gündə yeyilməsi belə onların oqranizmə mənfi təsir etməsinə kifayətdir.

ABŞ-da aparılan bir araşdırmada sınaq iştirakçılarına 4 gün boyunca səhər yeməyində şəkər və kəskin yağlı yeməklər verilib. Daha sonra həmin insanların beyin dalğaları və hərəkətləri müşahidə edilib. Nəticədə məlum olub ki, həmin insanlarda düşünmə və xatırlama funskiyaları getdikcə zəifləyib.

Buna bənzər digər bir araşdırma isə İngiltərədə aparılıb. Burada sınaq iştirakçılarının diqqət və hafizəsi ilə bərabər psixi vəziyyətlərinin də zərər gördüyü ortaya çıxıb. Eyni zamanda, mütəxəssislər artıq çəki və həddən artıq arıq olmağın da beyinə mənfi təsir etdiyini ortaya çıxarıblar. İdeal çəkiyə sahib olmayan insanlarda beyin tamamilə aclıq və ya toxluq hiss edir. Bu da mədəyə gedən sinir hüceyrələrini yanıldır. Beləliklə, ürək infarktı, iflic, diabet, oynaq və mədə-bağırsaq xəstəlikləri ortaya çıxır.

Beyinə 4 gündə zərər verə bilən qidalar:

- Günəbaxan yağı istiliklə təmasda olarkən toksiki maddələr istehsal edir ki, bunlar da xolestrola mənfi təsir göstərir. Bu maddələr ürəyə zərər verdiyindən bədəndə qan dövranının normal axınını əngəlləyir. Balanssız qan dövranı sinirlərin sağlam şəkildə beyinə çatmasına mane olur. Beləliklə, beyində sağlam hüceyrələrin sayı azalır.

- Xəmir yeməkləri və şirniyyatların tərkibində yüksək miqdarda karbohidrat olur. Bu da bədəndə artıq yağların yığılmasına səbəb olur. Beyində bəzi neyronlar deformasiyaya uğrayır. Beyindəki neyronlar azaldıqca unutqanlıq kimi narahatlıqlar ortaya çıxır.

- Yarımfabrikat ət məhsulları sinir sisteminə zərər verir. İrəliləyən yaşlarda Alzaymer kimi xəstəliklərin yaranma riski daha çox olur.

- Rəfinə olunmuş şəkər qanda şəkərin miqdarını artırır. Bu maddə beyinə qədər gedib çıxır. Beyindəki şəkər miqdarı artdıqca protein azalır. Bu da sinirlərə mənfi təsir göstərir. Şəkər insanda öyrənmə qabiliyyətini aşağı salır.

1news.az

Paylaş:
709

Son xəbərlər

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29
Bütün xəbərlər