Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlılar ölkəmizin davamlı inkişafını təmin edəcək seçkilərə inanır - BƏYANAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlılar ölkəmizin davamlı inkişafını təmin edəcək seçkilərə inanır - BƏYANAT

10:42 - 07 / 03 / 2018
Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlılar ölkəmizin davamlı inkişafını təmin edəcək seçkilərə inanır - BƏYANAT

Azərbaycanda vətəndaşların seçkilərdə fəal iştirakı və seçici aktivliyinin təmin olunması üçün bütün lazımi işlər görülüb.

1news.az-ın sechki-2018.az saytına istinadla verdiyi xəbərə görə,  bu barədə “Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası”nın bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dünya birliyində özünəməxsus yer tutub.  Müstəqilliyinin ilk illərində beynəlxalq təşkilatlara yalnız üzv olmaq istiqamətində səylərini ortaya qoyan dövlətimiz bu gün artıq dünya birliyinə fəal inteqrasiya edən, aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığını gücləndirən, beynəlxalq və regional layihələrlə bağlı təşəbbüslər irəli sürən və bu təşəbbüsləri bilavasitə icra edən bir dövlətə çevrilib. Hər bir ölkənin xarici siyasətinin başlıca istiqamətlərindən biri də beynəlxalq təşkilatlarla münasibətlərin və fəaliyyətin səmərəli təşkil edilməsidir. Beynəlxalq təşkilatlarla fəaliyyətin səmərəli qurulması deyildikdə həmin təşkilatların idarə olunmasında ölkə vətəndaşlarının fərdi qaydada iştirakı da nəzərdə tutulmalıdır. Çünki belə təşkilatlarda işləyən vətəndaşlar həm də mənsub olduqları xalqın bir nümayəndəsi kimi fəaliyyət göstərirlər. Onlar faəliyyət göstərdikləri təşkilatlar çərçivəsində ölkələrinin reallıqlarının təhrif edilməsi istiqamətində, habelə ölkələri ilə bağlı düzgün olmayan məlumatların yayılması hallarına qarşı ciddi səylə mübarizə aparmaq üçün müvafiq resurslara malik olurlar.

“Aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Seçkilərə hazırlıq prosesi davam edir. Azərbaycanda seçki prosesi tarixinə nəzər saldıqda 1993-cü ildən etibarən ölkəmizdə böyük seçki təcrübəsinin formalaşdığını qeyd etmək lazımdır. Ümumiyyətlə seçkilər yeni qlobal və regional çağırışlara layiqli cavabı verməyə qadir olan namizədi seçmək üçün imkan deməkdi. Bu gün gənc dövlət  olmasına baxmayaraq, sürətlə inkişaf edən Azərbaycanın inkişafının davamlı olması üçün vətəndaşların seçki mədəniyyəti, seçki aktivliyi önəmlidir. Azərbaycanda vətəndaşların seçkilərdə fəal iştirakı və seçici aktivliyinin təmin olunması üçün kifayət qədər uğurlu işlər görülüb.

“Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası”  qarşıdan gələn prezident seçkilərində cəmiyyətimizi və ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizi fəal iştirak etməyə, Azərbaycanın uğurlu gələcəyini təmin edən namizədə səs verməyə çağırır. “Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası” olaraq  Azərbaycanda prezident seçkilərinin demokratik prinsiplər əsasında, şəffaf şəkildə keçəcəyinə inanırıq.

S.Xankişiyeva

 

Paylaş:
727

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər